az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
02.06.2017
ATU-da uşaqlar üçün 2 günlük pulsuz aksiya sona çatdı

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında başladılan 2 günlük pulsuz aksiya başa çatdı. Aksiyada 1-16 yaş arası 100 nəfərə yaxın uşaq qəbul edilib. Tədbir barədə fikirlərini bölüşən professorlarımız bunun onlar üçün çox şərəfli bir iş olduğunu vurğulayıblar.

Revmatoloq, professor Surxay Musayev bildirib ki, beynəlxalq səviyyədə keçirilən bu bayramda uşaqları müayinə etmək böyük sevinc yaşadıb: “Bu gün qəbul edilən uşaqlar arasında sadəcə profilaktik müayinə üçün gələnlər, eyni zamanda ciddi problemi olan uşaqlar da var idi. Əkiz uşaqları, həmçinin rayondan gələn uşaqları da qəbul etdik. Valideynlərə övladlarını mütəmadi olaraq həkim müayinəsindən keçirməyi tövsiyə etdik”.

Professorlar - kardioloq İbrahim İsayev və Amaliya Əyyubova da öz növbələrində qəbul edilən uşaqlar arasında istər yoxlanış, istərsə də ciddi patologiya ilə yaxınlaşan valideynlərin olduğunu bildirdilər. Valideynlərin uşaqda hansısa problem aşkar etdikdə, onu vaxtında həkim müayinəsinə aparmalı olduqlarını qeyd etdilər. Çünki, vaxtında həkimlər tərəfindən edilmiş müdaxilə sonrakı problemlərin qarşısını alacaq və müayinələrdə də müsbət nəticə əldə etmiş olunacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən başlayaraq hər il iyun ayının 1-i beynəlxalq səviyyədə Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş şəkildə qeyd edilir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.