az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
09.06.2017
Klinikamızda Tibbi Şuranın iclası keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Tibbi Şuranın iclası keçirilib.

İclası giriş sözü ilə açan direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev gündəlikdə olan məsələlərlə bağlı şura üzvlərinə ətraflı məlumat verib.

Klinikanın şöbələrində stasionar və gündüz rejimində müalicə alan pasiyentlər barədə danışan, A. Nuriyev aprel ayı ilə müqayisədə may ayında xəstə sayının qəbulunda artım müşahidə edildiyini bildirib.

O, aprel-may aylarının müqayisəli təhlilini apararaq qeyd edib ki, xəstə sayının artımındaki əsas səbəblərdən biri də həkimlərin xəstələrlə olan münasibəti və diqqətidir. 
A. Nuriyev stasionar rejimində daha çox xəstə qəbulunun endokrinologiya, uşaq pulmonologiya, endokrinologiya, allerqologiya, hematologiya, reanimasiya, nefrologiya, revmatologiya-qastreontorologiya şöbələrində olduğunu, gündüz rejimində isə pulmanologiya, allerqologiya, nefrologiya, revmatologiya-qastreontorologiya, efferent terapiya şöbələrində olduğunu vurğulayıb

May ayı ərzində endokrinologiya şöbəsinin fəaliyyətində irəliləyişin olduğu və elə daha çox xəstənin də bu şöbədə qəbul edildiyini diqqətə çatdırılıb.

Yığıncaq işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.