az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
Ramazan bayramı ilə əlaqədar ÖDƏNİŞSİZ müayinə
Ramazan bayramı ilə əlaqədar 22-23 iyun tarixlərində Tədris...
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
10.06.2017
ATU-nun Tədris Terapevtik Klinikasında “Onko-Hematolojide Yeni Yaklaşımlar” mövzusunda elmi – tibbi konfrans keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibb Universitetinin və Vehbi Koç Vakfı Sağlıq Qurumlarının (Amerikan Xəstəxanası, Koç Universiteti Xəstəxanası) birgə təşkilatçılığı ilə “Onko-Hematolojide Yeni Yaklaşımlar” mövzusunda elmi – tibbi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov iştirakçıları ATU rektoru professor Gəray Gəraybəyli adından salamlayaraq, onlara konfransın işində uğurlar arzulayıb.

R. Bəylərov bildirib ki, hematoloji bəd xassəli xəstəliklər, limfom xəstəliyi, limfoma və s. bütün bəd xassəli xəstəliklərin təxminən yarısını təşkil edir:”Bu gün Klinikamızda beynəlxalq standartlara uyğun göstərilən xəstəliklərin diaqnostikasına nail olunmuş və onların müalicəsi dünyada qəbul olunmuş son protokollar əsasında aparılır. Bu isə öz növbəsində hematoloji bəd xassəli xəstəlikləri olan xəstələrin yaşamaq müddətinin artırılmasına və onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Hətta bəzi hallarda belə xəstələrin tam sağalmasına da nail olunur”.

Bu sahənin də daima dövlətin qayğısı və nəzarətində olduğunu qeyd edən, R.Bəylərov son illərdə səhiyyənin bu sahəsinə aid iki qanun (“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” və “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”) və onların həyata keçirilməsi məqsədilə 3 dövlət proqramı (“Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı”, “Hemofiliya ilə mübarizəyə dair Dövlət Proqramı”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”) qəbul edilib. Bu sahədə 3-cü beşillik proqramın həyata keçirilməsinə də başlanılıb.

Daha sonra ATU-nun Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin müdiri Valeh Hüseynov çıxış edib.

O, Universitetin Tədris Terapevtik Klinikasında yaradılan hematologiya şöbəsi haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib: “Şöbə 2014-cü ilin may ayından etibarən fəaliyyətə başladı. Çox az personalla şöbəni yaratdıq. Amma buna baxmayaraq qısa zamanda şöbə müasir standartlara uyğun cihazlarla təmin edildi. Həkim-rezidentlərimizin daha savadlı mütəxəssis kimi yetişməsi üçün Türkiyədə müxtəlif universitetlərlə əməkdaşlıq sayəsində onları ora göndərdik. Mütəmadi olaraq Türkiyə universitetləri ilə müzakirələr aparırıq və bu da şöbənin fəaliyyətinə öz müsbət töhfələrini verir. İnanıram ki, bu əməkdaşlığımız davamlı olacaq”.

Koç Universiteti haqqında məlumatı sözügedən universitetin əməkdaşı İpek Nevruzoğlu konfrans iştirakçılarına çatdırıb və universitet haqqında daha geniş bilgiyə sahib olmaq üçün video çarxda təqdim edib.

Konfransın davamında Amerikan xəstəxanası hematologiya bölməsinin professoru Ahmet Burhan Ferhanoğlu, Koç universitetinin professoru Meltem Akay və həmin universitetin Tibbi Onkologiya bölməsinin həkimi Fatih Selçukbiriciyin çıxışları dinlənilib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.