az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
Ramazan bayramı ilə əlaqədar ÖDƏNİŞSİZ müayinə
Ramazan bayramı ilə əlaqədar 22-23 iyun tarixlərində Tədris...
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
13.06.2017
UŞAQLARINIZIN ÜRƏK QÜSURLU DOĞULMASINDA PAYI OLAN AMİLLƏR.

Körpə hələ ana bətnində ikən onda ürək qüsurunun olması sonradan hansısa problemlərə yol aça bilərmi? Bu xəstəlik əsasən hansı səbəblərdən yaranır?

Bu suallarla Klinikamızın uşaq kardioloqu, professor İbrahim İsayevə müraciət etdik.

Professor bildirir ki, körpə hələ ana bətnində olarkən xəstəlik aşkarlanmırsa, sonrakı illərdə uşaqda anadangəlmə ürək qüsurlarının olması bir çox kobud ürək qüsurlarının aşkar edilməsinə çətinlik törətmir: “Bunu diqqətli valideynlərin özləri də aşkarlaya bilər. Belə ki, uşağın narahatçılığı zamanı rənginin dəyişərək göyümtül çalar alması, ananın döşünü əmərkən tez yorulması və əmməyə fasilə verməsi, pis yatması, gec başını tutması, gec oturması, gec yeriməsi, yeriyərkən tez-tez oturması, fiziki inkişafdan geri qalması, tez-tez soyuq dəymə xəstəliklərinə tutulması və s. əlamətlərin olmasına diqqət etmək lazımdır. Uşağın kütləsinin və boyunun artma dinamikası daim nəzarətdə saxlanılmalıdır. Kütlə və boyun uzunluğunun iki ilin yaş göstəricisindən geri qalması ciddi siqnal kimi qəbul edilməlidir. Göstərilən əlamətlərdən bir neçəsinin olması müayinə üsullarının müxtəlif variantlarının , kompyuter tamoqrafiyasının, maqnit rezonans tamoqrafiyasının və s. kimi yüksək informativli qeyri invaziv diaqnostik üsulların tibbdə tətbiqi nəticəsində əvvəllər müəyyənləşdirilməsi mümkün olmayan anadangəlmə inkişaf anomaliyalarının bu gün asanlıqla aşkarlanmasına imkan verir. Orta statistik olaraq hər doğulan min uşaqdan bir və ya ikisinin ürəyində bu və ya digər kobud inkişaf qüsuru, 10-15-də isə ürəyin kiçik inkişaf anomaliyası var. Belə uşaqların həyatı gələcəkdə həmin anadangəlmə inkişaf patologiyalarının nə vaxt aşkarlanmasından asılıdır. Anadangəlmə inkişaf anomaliyası nə qədər erkən aşkarlanarsa, bu zamanı uşaq mütləq kardioloji müayinədən keçirilməlidir”.

Bu xəstəliklərin əsasən hansı səbəblərdən yarandığını qeyd edən, İ.İsayev uşaqda ürəyin inkişaf anomaliyasının yaranmasına bir neçə səbəbi olduğunu deyir: “Bunlardan ən başlıcası genetik səbəblərdir. İrsi olaraq xromosomlarda olan mutasiya nəticəsində yaranan dəyişikliklər nəsildən nəsilə ötürülür. Anadangəlmə ürək qüsurlarının 80%-ə yaxını genetik xromosom dəyişikliklərinin nəticəsi olaraq ortaya çıxır. Qalan 20%-i isə ananın hamiləlik vaxtı keçirdiyi virus xəstəliklərinin, şəkərli diabetin , ananın özündə olan ürək-qan-damar xəstəliklərinin və onun psixoloji durumunun, ətraf mühit amillərinin təsirinin, şüalanmanın, qəbul edilmiş dərman maddələrinin, qidalanma və həyat tərzinin, alkoqolun və s. payına düşür. Son zamanlar televizor, mobil telefon, internet kimi amillərin də mənfi təsirinin artdığını inkar etmək olmaz. Geni modifikasiya olunmuş qida maddələrinin də qəbulu yəqin ki, az rol oynamır”.

Uşağın normal inkişaf etməsində yuxunun müsbət keyfiyyətlərindən danışan professor uşaq orqanizminin inkişafının əsasən yuxuda daha intensiv getdiyini vurğulayır: ”Ona görə də, uşaqların həyat tərzinin qurulmasında onların normal yuxusunun miqdarı mütləq nəzərə alınmalıdır. Belə ki, uşaqlar yaşından asılı olaraq yatmalıdırlar: yeni doğulmuş uşaq 21 saat , 1-3 yaş arası uşaqlar 18 saat yatmalıdır. Sonrakı mərhələdə, məsələn, məktəb yaşlı uşaqlar gündə minimum 8-9 saat yatmalıdır. Onların formalaşması üçün endokrin vəzilərin ifraz etdiyi hormonlar yuxuda daha çox baş verir. Əgər uşaq normal yatmırsa , inkişafda mütləq geriləmələr olacaq. Normal yuxu inkişafın əsasını təşkil edən amillərdən biridir. Məsələn , boyun artması. Boy hormonları gündüzlər yatma zamanı daha çox ifraz olunur. Bunları mütləq nəzərə almaq lazımdır”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.