az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
Ramazan bayramı ilə əlaqədar ÖDƏNİŞSİZ müayinə
Ramazan bayramı ilə əlaqədar 22-23 iyun tarixlərində Tədris...
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
14.06.2017
ATU-nun Tədris Terapevtik Klinikasında “hirsutizm”lə bağlı seminar keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsində Şərqi Avropanın böyük dərman istehsalçılarından biri olan Macarıstanın “Gedeon Richter” şirkəti  ilə birlikdə  “Hirsutizm”  probleminə həsr olunmuş “Gözəl dəri, xoş əhval rühiyyə!” mövzusunda  seminar keçirilib.

Seminar  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Baş endokrinoloqu professor Rafiq Məmmədhəsənovun çıxışı ilə başladı. Çıxış edən  hirsutizmin böyük və aktual bir problem olduğunu vurğuladı: “Hirsutizm - androgendən asılı terminal tüklərin izafi dərəcədə fizioloji nahiyələrin çərçivəsindən kənara çıxmasıdır.”

Seminarda çıxış edən tibb elmləri doktoru Tamfira Əliyeva demişdir: “Əksər hallarda hirsutizm böyük aysbergə bənzəyir.  Onun əsasını metabolik, hormonal pozğunluqlar , insulinrezistentlik təskil edir”.

Daha sonra endokrinoloq Səbinə Məşədiyeva çıxış edərək bu problemin geniş yayıldığını və dərman müalicəsinin xəstəliyin özündən asılı olduğunu bildirib: “Bu xəstəlik yeniyetmə və uşaqlarda, ailə qurmamış qızlarda bir sxemlə, ailə qurandan sonra isə başqa bir sxemlə inkişaf edir. Daha çox avropoid irqdə, dənizsahili və Orta şərq ölkələrində rast gəlinir. Burda genetik faktorların təsiri böyükdür”.

Seminarın davamında hirsutizmin müalicəsində gözəl dəri və saçların qorunması və uzun müddət istifadədə təhlükəsizlik problemlərinin vacibliyi vurğulandı,  müasir müayinə üsulları və təsirli vasitələr barədə də danışıldı.

Seminarın sonunda ATU- nun Tədris Terapevtik Klinikasının mütəxəssislərinin  “Gedeon Richter” şirkəti  ilə birlikdə  hazırladığı, pasiyentlər üçün nəzərdə tutulmuş, “Hirsutizm”  probleminə həsr olunan  məlumat vərəqəsinin təqdimatı keçirildi.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.