az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
07.07.2017
Klinikamızın nevroloqu Sədaqət Hüseynova Avropa Nevroloji Akademiyasının 3-cü konqresinə qatılıb

Tibb elmləri doktoru, professor, klinikamızın nevroloqu Sədaqət Hüseynova 24-27 iyun tarixlərində Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilən Avropa Nevroloji Akademiyasının 3-cü konqresinə qatılıb.

S. Hüseynova konqreslə bağlı klinikanın mətbuat xidmətinə məlumat verib.

O bildirib ki, dünya miqyaslı bu konqres hər il Avropa Nevroloji Akademiyası tərəfindən müxtəlif ölkələrdə keçirilir:”Bu il isə sözügedən konqres Niderlandın paytaxtı Amsterdam şəhərində baş tutdu. Dünyanın hər yerindən 6 mindən çox iştirakçının qatıldığı bu konqresə maraq çox yüksək oldu və hətta, Niderlandın kraliçası Xanım Maksima da iyunun 26-da konqresin simpoziumlarından birinə təşrif buyurdu. O, iştirakçıları salamladı, konqresin işinə uğurlar arzuladı, fikirlərini və təəssüratlarını konqres iştirakçıları ilə bölüşdü”.

S. Hüseynova bu konqresə bütün dünyada marağın çox yüksək səviyyədə olduğunu deyir:”Burada nevrologiyanın bütün sahələrini əhatə edən ən son yenilikləri və nailiyyətləri görüb-eşidə və aktual problemlərin müzakirəsində iştirak edə bilərsiniz. Qeyd etdiyim kimi, konqresdə nevrologiyanın bütün sahələrini (irsi xəstəliklər, sinir-əzələ xəstəlikləri, sinir sisteminin infeksion xəstəlikləri, baş beyinin damar xəstəlikləri, epilepsiya, baş ağrısı, dağınıq skleroz, motoneyron xəstəlikləri, hərəki pozuntular və s.) əhatə edən aktual mövzular, müxtəlif məruzələr, simpoziumlar, öyrədici kurslar və s. şəklində iştirakçılara çatdırılır. Ayrı-ayrı xəstəliklərin diaqnostikasında və müalicəsində olan ən son yeniliklər, perspektivlər barədə fikir mübadiləsi aparılır.”

S. Hüseynova onu da qeyd edib ki, Azərbaycan bu gün sürətlə dünyaya inteqrasiya edir, qloballaşan dünyanın bir hissəsinə çevrilir.

“Bizlər ölkəmizdə tibb sahəsində görülən işləri yüksək qiymətləndirməliyik. Azərbaycandan olan nümayəndələrin o konqresə qatılmaqda da əsas məqsədi bilgilərini genişləndirmək və təkmilləşdirmək olur. Klinik neyrofiziologiya isə məni maraqlandıran əsas sahə olduğuna görə mən illərlə konqres çərçivəsində keçirilən kurslara da qatılıram. Bu sahə tibbin digər sahələri kimi çox sürətlə inkişaf edir. Bugünkü klinik neyrofiziologiya əvvəlki illərlə müqayisədə xeyli inkişaf edib. Bu sahədə olan yenilikləri də məhz orada əldə etmək mümkün olur.”

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.