az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
21.07.2017
HANSI HALLARDA ELEKTROMİOQRAFİYA MÜAYİNƏSİ APARILMALIDIR?

Kliniki praktikada yarım əsrə qədər bir müddətdə istifadə olunan Elektromioqrafiya (EMQ) müayinəsi neyromotor aparatın funksional vəziyyətini dəyərləndirməyə imkan verən elektrofizioloji tədqiqatlar kompleksindən ibarətdir. Ötən müddət ərzində EMQ metodları dayanmadan inkişaf edib təkmilləşmişdir. Buna baxmayaraq alınmış nəticələrin interpretasiyası yalnız yüksək ixtisaslı fuksional diaqnostika mütəxəssislərinin üzərinə düşür. Nevroloqların isə EMQ müayinəsi nəticələrini yetərincə dəyərləndirə bilməməsi bəzi hallarda onların professional imkanlarını bir qədər məhdudlaşdırır.

Tibb elmləri doktoru, professor, klinikamızın nevroloqu Sədaqət Hüseynova KLİNİKİ ELEKTROMİOQRAFİYA haqqında ətraflı məlumat verir.

Klinisist və həkim-neyrofizioloq EMQ metodunun diaqnostik imkanlarını dəqiq bilməlidir, əks halda həkim qarşısında qoyulan yerinə yetirilməsi mümkün olmayan məsələlər bu metodun qaçılmaz diskreditasiyasına səbəb olur.

Elektromioqrafiya müayinələrinin əsas vəzifələri aşağıdakılardır:

1. Əzələ sisteminin vəziyyətinin dəyərləndirilməsi.
2. Sinir apparatının funksional vəziyyətinin analizi.
3. Sinir-əzələ keçiriciliyi səviyyəsində dəyişikliklərin müəyyənləşdirilməsi.

Xəstəliyin klinik əlamətlərindən asılı olaraq bu vəzifələrin prioriteti dəyişə bilər, ancaq EMQ diaqnostikanın əsas etapları dəyişilməz olaraq qalır.

Məlumatların qeydi üsuluna və müayinənin xarakterinə görə EMQ müayinəsinin aşağıdakı metodları ayırd edilir:
1. Summar səthi EMQ.
2. Stimulyasion EMQ:
- M-potensialın müayinəsi və motor sinir lifləri boyu impulsların ötürülmə sürətinin (İÖS) təyini.
- Sinir potensialının müayinəsi və sensor sinir lifləri boyu İÖS-nin təyini.
- Gec neyroqrafik fenomenlərin (F-dalğa, H-refleks, A-dalğa) müayinəsi.
- “Qırpma” refleksinin müayinəsi.
3. Ritmuk stimulyasiya və sinir-əzələ ötürücülüyünün müayinəsi (dekrement test).
4. İynə EMQ:
- Hərəki vahid potensiallarının müayinəsi.
- İntefrferension EMQ-nin analizi.

Bəs hansı hallarda EMQ müayinəsi aparılmalıdır?

Sinir sisteminin mərkəzi və naqil tipli pozuntuları zamanı bir qayda olaraq EMQ-nə ehtiyac olmur.

Standart EMQ müayinəsi neyronal, nevritik, sinaptik, birincili-əzələ tipli pozuntuların differensial diaqnostikası üçün istifadə edilir. Motoneyron tipli pozuntular lokal və ya generalizə olunmuş şəkildə rast gəlinir və bu zaman əsas diaqnostik əhəmiyyət kəsb edən metodika iynə EMQ hesab olunur.

Nevritik zədələnmələr də öz növbəsində tək sinirin (mononeyropatiya) və ya çox saylı sinirlərin və sinir kələflərinin (polineyropatiya) prosesə qoşulması ilə xarakterizə olunur. Bu zaman əsas diaqnostik EMQ metodunu M-potensialın və sinirlər boyu ötürmə sürətinin müayinəsi təşkil edir. Ötürücülüyün proksimal hissədə təyini üçün isə F-dalğanın tədqiqi aparılır. Əlavə və həlledici metod isə iynə EMQ-si hesab edilir.

Sinir-əzələ keçiriciliyinin pozulması ilə gedən xəstəliklər zamanı (miasteniya və miastenik sindromlar) ritmik stimulyasiya və tək əzələ lifinin müayinəsi həlledici əhəmiyyət kəsb edir. Polimiozit və digər iltihabi miopatiyalar zamanı əsas müayinə üsulu iynə EMQ-si olur. Birincili əzələ zədələnmələri (miopatiyalar) zamanı da əsas metodika yenə də iynə EMQ-si hesab edilir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.