az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
26.09.2017
Süd vəzi axarlarında qanlı, qəhvəyi, irinli ifrazat gəlirsə, bu zaman mütləq DUKTOQRAFİYA müayinəsindən keçilməlidir

Duktoqrafiya - süd vəzi axarlarının kontrastlı müayinə metodudur.

Bu müayinə metodu ATU-nun Tədris Terapevtik Klinikasının həkimi, Avropa Radioloqlar Cəmiyyətinin həqiqi üzvü, mammoloq-radioloq, Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşı Günel Qəmbərova tərəfindən həyata keçirilir.

Mammoloq-radioloq G.Qəmbərova Duktoqrafiya müayinəsi haqqında məlumat verib.

O bildirib ki, bu müayinə vasitəsilə süd vəzi axarlarının konturları, vəziyyəti , tip və kalibrisi barədə məlumat verilir:”Heç bir müayinə süd vəzi axarlarını bu müayinə vasitəsi kimi dəqiq informativliklə göstərə bilmir. Əgər süd vəzi axarlarında patoloji sekresiya, qanlı, qəhvəyi, irinli ifrazat gəlirsə, seroloji müayinə və mütləq Duktoqrafiya müayinəsi aparılmalıdır. Bu yegane metoddur ki, axacaqdaxili papilomanə, pappilomatozu, süd vəzi axacaqdaxili xərçəngi göstərə bilir. Xəstədə USM və Mammoqrafiya , eləcə də vizual və palpator baxış zamanı heç bir kütlə görünmürsə, ancaq buna baxmayaraq xəstədən ifrazat gəlirsə, burda yeganə üsul Duktoqrafiyadır”.

G.Qəmbərova qeyd edir ki, bu müayinə həkimdən çox həssaslıq və incəlik tələb edir:”Metod əsas olaraq axacaqdaxili hər bir problemi, onların yerləşməsini, forma və ölçüsünü və axarın hansı lokalizasiyada yerləşməsini ən dəqiq təyin edən müayinə metodudur. Yaxşı olar ki, hər bir xanım səhhətini peşəkarlara etibar etsin!”

Əlaqə telefonu: 050-751-27-47

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.