az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
28.09.2017
Süd vəzilərinin vaxtından əvvəl böyüməsi – müalicə olunmazsa, sonsuzluq, psixi pozulmalar kimi hallara gətirib çıxarır

Uşaqlarınızda vaxtından əvvəl cinsi inkişaf - izoləolunmuş telarxe, yəni süd vəzilərinin vaxtından əvvəl böyüməsini müşahidə edirsinizsə, mütləq həkimə müraciət etməlisiniz.

ATU-nun Tədris Terapevtik Klinikasının pediatrı, endokrinoloq İlsur Novruzov son vaxtlar yayılmış və valideynləri narahat edən bu xəstəliklə bağlı klinikanın mətbuat xidmətinə açıqlama verib.

Pediatr bildirib ki, uşağında bu kimi halları müşahidə edən hər bir valideyn onu zamanında həkimə aparmalıdır: “Çünki, bu xəstəlik hipotalamo-hipofizar-qonad sisteminin erkən aktivləşməsi nəticəsində yaranır. Halbuki, normalda bu proses yeniyetmə dövrə təsadüf etməlidir”.

İ.Novruzov qeyd edib ki, xəstəlik müalicə olunmadığı halda problemlərə yol açacaqdır:“Bu zaman menarxenin erkən başlaması, son boyun geri qalması, yumurtalıqların polikistoz xəstəliyi, sonsuzluq, psixi pozulmalar (depressiya, intihar halları) kimi problemləri ortaya çıxaracaq”.

Həkim onu da vurğulayıb ki, xəstəlik zamanı pasiyentə müvafiq müalicə təyin edilməlidir:

“Xəstəyə müvafiq müalicə təyin edilərsə, süd vəzilərinin inkişafı dayandırılarsa, bu, müalicənin gedişatında ölçüləri tam yaşına uyğun vəziyyətə gətirməyə imkan verəcəkdir”.

Əziz valideynlər, əgər uşaqlarınızda vaxtından əvvəl cinsi inkişaf - izoləolunmuş telarxe, yəni süd vəzilərinin vaxtından əvvəl böyüməsini müşahidə edirsinizsə, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı, endokrinoloq İlsur Novruzova müraciət edə bilərsiniz. Həkim sizi narahat edən sualları ətraflı cavablandıracaq və uşağınızın yaşına uyğun müvafiq müalicə üsulu təyin edəcək.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.