az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
12.10.2017
MÜXTƏLİF XƏSTƏLİKLƏR ZAMANI UZUN MÜDDƏT QƏBUL EDİLƏN DƏRMANLAR ÜRƏKDƏ PROBLEMLƏR YARADA BİLƏR

Bu gün təəsüflər olsun ki, insanlar hər hansı xəstəliyə düçar olan zaman çox vaxt həkimə müraciət etmir və ya bəziləri hər hansı dərman vasitəsi haqqında məlumatlı olmadan onu qəbul edirlər. Və nəticədə bu dərmanlar müxtəlif arzu olunmaz hallara gətirib çıxarır. Bunlar sırasında kardioloji problemlər xüsusi yer tutur.

ATU-nun Tədris Terapevtik Klinikasının terapevti, kardioloqu, t.ü.f.e.d. Arzu Bəydəmirova deyir ki, insanlar xəstəliyin ən son həddində həkimə müraciət edirlər.

“Yadda saxlamalıyıq ki, ürək nahiyyəsində olan ağrılar elə ürəyin öz patalogiyası ilə bağlı olmaya bilər. Hər hansı səbəbdən qəbul edilən dərmanların əlavə təsirlərindən ürəkdə ağrıların yaranması ehtimalı daha çoxdur. Bu günlərdə xəstələrin ən çox istifadə etdikləri dərman vasitələri - ağrıkəsicilər, hərarətsalıcılardır ki, bunlar da hamısı qeyri-streoit iltihab əleyhinə dərmanlardır. Elə dərmanlar var ki, hətta onların kardiotoksiki təsirləri haqqında bir çox həkimlər məlumatsızdırlar. Uzun müddət bu qrup preparatların qəbulu arterial təzyiqin yüksəlməsinə –hipertoniyaya səbəb olur. Düzdür, bəzən arterial təzyiqin düşməsi müşahidə edilə bilər, amma müəyyən müddətdən sonra artıq belə xəstələrdə arterial hipertenziya formalaşmış olur.

Hormonal preparatların uzun müddət qəbulu kardiotoksiki təsir göstərə bilər. Xəstədə ritm pozğunluğu, arterial hipertenziya, ürək çatışmazlığı kimi hallara rast gəlinə bilər. Ona görə də bu qrup dərmanların qəbulu zamanı mütləq kardioloji problemləri nəzərə almaq vacibdir. Qeyd edilən effektlər preparatın müxtəlif əlavə təsirləri ilə bağlıdır”.

A.Bəydəmirova qeyd edib ki, infeksion xəstəliklərin müalicəsi zamanı çox vaxt antibiotiklər təyin edilir: “Bu növ müalicə zamanı xəstədə kardioloji problem yoxdursa belə, mütləq onun kardioqramma müayinəsi aparılmalıdır. Çünki infeksion xəstəliklər zamanı qəbul edilən antibiotiklər də kardiotoksiki problemləri yarada bilər. Bu zaman ürək vurğularının azalması, aritmik pozğunluqlara təsadüf edilə bilər”.

Terapevt onu da vurğulayıb ki, şəkərli diabet xəstələri və yuxarı tənəffüs yolları problemi olan insanlar da dərman maddələrinin qəbulu zamanı çox diqqətli olmalıdırlar:

“Şəkərli diabetli xəstələr bildiyiniz kimi, ömür boyu dərman vasitələrindən asılı şəkildə yaşayırlar. Xəstəlik zamanı qəbul edilən dərmanların sırasında kardiotoksiki təsirlər qaçınılmazdır. Ona görə də ürəyi qoruyan dərman vasitələrinin də istifadəsi şərtdir. Həm dərman maddələrinin kardiotoksiki profilaktikası üçün, həm də kardioloji problemi daha qabarıq etməmək üçün, həmçinin yarana biləcək fəsadın qarşısını almaq üçün. Yuxarı tənəffüs yolları problemi olan insanlar da dərman vasitələrinin qəbulu zamanı diqqətli olmalıdırlar. Çünki bu onlarda kardioloji problemləri daha da tezləşdirə bilər”.

Qeyri-kardioloji xəstəliklərdə dərman preparatları seçən zaman insanlara diqqətli olmağı tövsiyə edən, kardioloq ürək-qan damar sisteminin fəaliyyətini mütləq nəzərə alınmalı olduğunu qeyd edib:“Əlavə təsirin meydana çıxmasını gözləmək isə, yarana biləcək xəstəliyin daha da ağırlaşması deməkdir. Hesab edirəm ki, insanlar bacardıqları qədər dərman vasitələrindən az istifadə etsələr daha yaxşı olar”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.