az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
14.10.2017
ATU-nun Tədris Terapevtik Klinikasında “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş SEMİNAR keçiriləcək

Süd vəzi xərçənginin qarşısını necə alaq?

19 oktyabr 2017-ci il tarixində saat 12:00-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının iclas zalında (1-ci mərtəbə) “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş seminar keçiriləcək.

Seminarı ATU-nun Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu, Azərbaycan və Avropa radioloqlar cəmiyyətinin həqiqi üzvü Günel Qəmbərova aparacaq.

O, süd vəzidə xərçəngəqədər dövrü vaxtında aşkarlamaq və süd vəzi xərçənginin qarşısını alaraq onunla mübarizə yolları, eyni zamanda DUKTOQRAFİYA müayinəsi ilə bağlı danışacaq.

İştirak etmək istəyən hər kəs seminara dəvətlidir. Seminara giriş 11:30-dan etibarən başlayacaq.

Qeyd edək ki, 1992-ci ildən etibarən oktyabr “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” elan olunub.

Əlaqə nömrələri: 055 566 98 94, 050 751 27 47

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.