az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
18.10.2017
UŞAQLAR ARASINDA YAYILMIŞ BU XƏSTƏLİKLƏR ONLARDA İNADKARLIQ, ƏSƏBİLİK KİMİ HALLARA SƏBƏB OLUR

Son zamanlar uşaqlar arasında qurd xəstəlikləri, lyamblioz, mədə-bağırsaq xəstəlikləri, dəri allergiyasi, astma, obstruktiv bronxit daha çox yayılıb.

ATU-nun Tədris Terapevtik Klinikasının həkim-allerqoloqu Nigar Əlibəyova deyir ki, qurd xəstəliklərinin uşaqlar arasında geniş yayılma səbəbi gigiyenik qaydalara düzgün əməl edilməməsidir.

“Parazitar xəstəliklər arasında lyamblioz uşaqlarda daha çox müşahidə edilir. Bu əsasən iştahsızlıq, səhərlər ürək bulanması simptomları ilə özünü biruzə verir. Lyambliozlu uşaqlar adətən çox ağlayır, inadkar, əsəbi olur, gecələr pis yatır. Bu əlamətlərlə yanaşı uşaqlarda mədə-bağırsaq pozğunluğu da müşahidə edilir.
Uşaqlara arasında geniş yayılmış xəstəliklərdən biri də dəri allergiyasıdır. Allergiya qurd olan uşaqlarda daha çox özünü biruzə verir.

Əksər hallarda valideynlər bizə uşaqlarının günlərlə, hətta aylarla davam edən quru öskürmələri şikayəti ilə müraciət edirlər. Valideynlər bunu başqa xəstəliklərlə əlaqələndirirlər. Amma onlar bilməlidirlər ki, buna uşaqlarda uzun müddət qızdırmasız keçən qurd xəstəlikləri də səbəb olur”.

“Bu xəstəliklərlə mübarizə aparmaq üçün valideynlərə nə məsləhət görərdiniz” sualına N. Əlibəyova belə cavab verib:

“Həkim olaraq, valideynlərə uşaqlarına qarşı daha diqqətli olmağı, onların yedikləri qidaların təmizliyinə əmin olmalarını və müvafiq profilaktik qaydalara riayət etmələrini tövsiyə edərdim. Valideynlər yaxşı olardı ki, uşaqlarında qurdun olub-olmamasını dəqiqləşdirmək üçün ildə iki dəfə analizlərə aparsınlar”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.