az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
14.03.2014

Amerikada təhsil alan rezident Anar Qocayev tələbələrlə görüşdü.

4 il ərzində Azərbaycan Tibb Universitetində oxuyan Anar Qocayev hazırda ABŞ-ın nüfuzlu tibb universitetində  rezidentura təhsili alır. Bu günlərdə  Bakıda olan Anar Qocayev ATU-ya gəlib. Universitetin rektoru, akademik Əhliman Əmiraslanov Amerikada təhsil alan A.Qocayevi qəbul edib. Rektor ATU məzununun təhsili ilə maraqlanıb, ona uğurlar arzulayıb.

Bu gün Anar Qocayev ATU-nun tələbləri ilə görüşərək Amerikada rezidentura təhsili, bu təhsilin azərbaycanlı gənclər üçün  açdığı imkanlar haqqında danışıb. Görüş zamanı A.Qocayev həmçinin rezidentura üçün tələb edilən USMLE imtahanlarına hazırlıqla bağlı ATU tələbələrinin suallarını da cavablandırıb.

Qeyd edək ki, A.Qocayev 2008-ci ildə ATU-nun II müalicə profilaktika fakültəsinə daxil olub. 4-cü kursu bitirəndən sonra mübadilə proqramı əsasında təhsilini Türkiyədə davam etdirmək qərarına gəlib. Beləliklə, Anar Qocayev İstanbul Universitetinin Tibb Fakültəsində  keçib.

Anar deyir ki, Amerikada təhsil almağı çoxdan arzulayırmış: “Ona görə mütəmadi olaraq okeanın o tayındakı təhsil proqramları ilə maraqlanırdım. Türkiyədə təhsil zamanı ABŞ-da bir sıra universitetlərdə təşkil olunan yay proqramlarında iştirak etdim. 2011-ci ildən etibarən isə Amerikada fərqli universitetlərdə elmi araşdırmalar apardım elə bu arada rezidentura üçün lazım olan imtahanları müvəffəqiyyətlə verib bu təhsil səviyyəsinə qəbul oldum”. 

Anar Qocayev Türkiyədə təhsili bitirdikdən sonra ABŞ-da rezidenturaya qəbul olub. O, 2013-cü ilin iyulundan etibarən ABŞ-ın Weill Cornell Tibb Universitetinin nəzdindəki hospitalda mamaçalıq və ginekologiya üzrə rezidentura təhsili alır.

“Azərbaycanda rezidentura pilləsi son bir neçə ildə yaradılıb və təəssüf ki, mən bu sistemlə tanış deyiləm. ABŞ-da mövcud proqram haqqında onu deyə bilərəm ki,  burada tələbələr ən sadə, ən primitiv məsələlərdən başlayaraq ən mürəkkəbə doğru gedirlər. Bu zaman tələbəyə yuxarı kurs rezidentlər və xüsusi təyin edilmiş professorlar nəzarət edir. Rezidentlər özləri xəstə qəbul edir, əməliyyatlara girir. Rezidentura bitirdikdən sonra hər ixtisasın özünə uyğun imtahanı var. Bu imtahanı vermədən də fəaliyyət göstərmək olar. Lakin həmin imtahandan keçən rezidentlər daha çox üstünlük verilir”. Anar Qocayev gələcəkdə bu imtahandan keçmək, peşəkar həkim kimi fəaliyyətə başlamaq niyyətindədir. A.Qocayev görüşün təşkilində göstərdikləri köməyə görə ATU-nun müalicə-profilaktika fakültəsinin 6-cı kurs tələbələri Uğur Ağamalıyev və Azər Paşayevə təşəkkürünü bildirdi.

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.