az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
21.11.2017
BU GÜNÜN AKTUAL PROBLEMİ – UŞAQLARDA NİTQ LƏNGİMƏSİ

Valideynlərin narahat olduqları mövzulardan biri uşaqlarda nitq ləngiməsidir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-pediatrı, assistent Nigar Sədiyeva bu zaman valideynlərə diqqətli olmalarını tövsiyə edir. Belə ki, əgər uşaq müxtəlif yaş dövlərində söz deyib, cümlə qura bilmirsə, bu zaman pediatr tərəfindən uşağın sağlamlığı və inkişafı qiymətləndirilməli, gecikmələr vaxtında aşkar edilməlidir.

Pediatrın sözlərinə görə, 1 yaşın sonunda uşaq 2-3 sözlə yanaşı ata-ana deməli, 2 yaşda isə 15-20 söz bilməlidir. 21-24 aylar arasında 2-3 sözlü cümlələr, 24-36 ayda daha dolğun cümlələrlə özünü ifadə etməlidir.

N.Sədiyeva qeyd edib ki, nitqlə bağlı sadalanan vəziyyətlərdə mütəxxəssisə müraciət etmək vacibdir: ”18-ci ayda heç bir söz demirsə, 24 aylıq 2 sözlü cümlə qurmursa, 24 ayda uşağın nitqi ata-ana tərəfindən anlaşılmırsa, 36 ayda cümlə qurmursa, 36 ayda uşağın nitqi yad adamlar tərəfindən anlaşılmırsa, 
Exolaliya (eşitdiyi sözləri anlamsız şəkildə təkrarlama )varsa, həkimə müraciət edilməlidir".

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.