az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
23.11.2017
GÖZÜN KİMYƏVİ VASİTƏLƏRLƏ ZƏDƏLƏNMƏSİ VƏ DÖŞ QƏFƏSİNİN AÇIQ YARALANMALARI ZAMANI NƏ ETMƏLİ?

İlk yardımın məqsədi həkimə qədər olan zaman kəsiyində ağrıları azaltmaq, ağırlaşma və ya ortaya çıxa biləcək yanaşı xəstəlikləri qabaqlamaq və yaxşılaşmanı təmin etməkdir. İlkin tibbi yardım tələb edən durumlar medikal və travmatoloji olaraq ayırd edilir və müdaxilə yardım ehtiyacı duyan şəxsin vəziyyətinə görə müəyyənləşdirilir.

ATU-nun Tədris Terapevtik Klinikasının qəbul şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi, kardioloq Afiyəddin İsgəndərov bu dəfə gözün kimyəvi vasitələrlə zədələnməsi və döş qəfəsinin açıq yaralanmaları zamanı edilən ilkin tibbi yardımdan danışıb.

A.İsgəndərov bildirib ki, kimyəvi vasitələrlə zədələnmə zamanı gözü bol su ilə yumaq vacibdir:

“Evdə və ya iş zamanı gözə kimyəvi maddə sıçraması gözlərin ciddi xəsarət almasına səbəb ola bilər. Bəzi hallarda maddənin tərkibini müəyyən edə bilməmək, daha çox çətinlik yaradar. Bu baxımdan ilk yardım zamanı maddənin nədən ibarət olmasını öyrənməyə vaxt sərf etmədən zədələnmiş gözü bol su ilə yumaq lazımdır. Az miqdarda su ilə yumaq və ya nəm vasitə ilə silmək effektiv deyil. Eyni zamanda zədələnməmiş gözə maddə sıçramamasına diqqət etmək tövsiyə olunur”.

Döş qəfəsinin açıq yaralanmalarından danışan həkim, bu tip yaralanmaların xüsusi diqqət tələb etdiyini deyib: “Belə ki, yaranın sarğı və ya digər vasitələrlə tıxanması pnevmotoraks yaranması baxımından riskli hesab olunur, ağ ciyərlərin də zədələnməsi yanaşı gedərsə, tənəffüs arrestinə gətirib çıxara bilər. Bu səbəbdən döş qəfəsinin açıq yaralanmalarında yaranın bağlanmaması, xarici mühitə sərbəst çıxışı olmaq şərtilə, non – okluziv bir örtü ilə örtülməsi tövsiyə olunur. Əgər lokal bir qanama varsa, birbaşa sıxmaqla qanamanın dayandırılması məsləhət görülür”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.