az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
30.11.2017
UŞAQ YERİMƏKDƏN QALIRSA, ÇOX SU İÇİRSƏ, AŞAĞI ƏTRAFLARINDA ƏYİLMƏLƏR VARSA, DİŞLƏRİ ÇÜRÜYÜB TÖKÜLÜRSƏ, BU, HANSI XƏSTƏLİYİN ƏLAMƏTİ OLA BİLƏR?

Raxit intensiv böyüməkdə olan uşağın ümumi xəstəliyidir. Əsasən qış aylarında doğulmuş uşaqlar, yarımçıq doğulmuşlar, qeyri-düzgün qidalananlar daha çox xəstələnirlər.

Klinikamızın endokrinoloq-genetik-pediatrı, Azərbaycanda tibb sahəsi üzrə ən təcrübəli həkimlərdən biri, assistent Adilə Çernik-Bülənd raxit və raxitəbənzər xəstəliklər haqqında danışıb.
A.Ç.Bülənd bildirib ki, bu xəstəlik sümük, əzələ, sinir sistemi, ağır hallarda daxili orqanların dəyişikliyi ilə xarakterizə olunur:

“Əsasən kalsium-fosfat mübadiləsinin pozulması nəticəsində sümüklərdə osteomalyasiya (sümük yumşalması), əmgəklərin gec bağlanması, dişlərin gec çıxması, gec oturmaq, gec gəzməsi, tez-tez xəstələnməsi müşahidə olunur. Raxitəbənzər xəstəliklər (RXB) qeyd etdiyim kimi, raxitlə intensiv böyüməkdə olan uşaqlar xəstələnir. RBX-lə isə bir sıra genetik determinə olunmuş xəstəlikləri özündə birləşdirərək, mineral duzların, xüsusilə kalsium-fosfat mübadiləsinin pozulması nəticəsində əmələ gəlir”.
Pediatr qeyd edib ki, RBX-lər üç əsas qrupa ayrılır: I-D vitamininin metabolizminin pozulması nəticəsində. Bunlara - D vitaminindən asılı raxit, malabsorbsiya (həzm pozğunluğu) nəticəsində əmələ gələn raxit, uzun müddət nevroloji müalicə nəticəsində əmələ gələn raxit, öd yolları və qaraciyər xəstəlikləri nəticəsində əmələ gələn raxit daxildir. 
II Böyrək raxiti (tubulopatiya) - Bu xəstəliklər böyrək toxumasının müəyyən bir hissəsinin fermentativ pozulması nəticəsində əmələ gəlir. Tubulopatiyalar bir sıra nozoloji xəstəlikləri özündə birləşdirir. Bunlardan nisbətən daha çox rast gəlinəni vitamin D rezistentli raxit-fosfat diabet-irsi hipofasfatemiyadır. Xəstəlik ailəvi ola bilər. X-xromosomla ilişkənli yolla nəsildən nəslə ötürülür, oğlanlar xəstələnir, qızlar isə daşıyıcı olurlar. Xəstəliyin sporadik şəkildə ən çox qız uşaqlarında rast gəlinən növü də vardır”.
RBX-lər raxitdən fərqli olaraq 1,5-2 yaşdan sonra başladığını deyən, endokrinoloq-genetik-pediatr bildirib ki, bu zaman hətta yeriyən uşaq yeriməkdən qalır, çox su içir, çox sidiyə gedir, çox tərləyir, skletində xüsusilə aşağı ətraflarında əyilmələr əmələ gəlir, dişlər çürüyüb tökülür, boydan geri qalır.
A.Ç. Bülənd onu da vurğulayıb ki, respublikamızda, xüsusilə Bakı kəndlərində vitamin D-rezistentli raxitə-fosfat diabetə daha çox rast gəlinir:”Belə uşaqların ailələrində qısaboyluluq, müxtəlif deformasiyalar müşahidə olunur. Bu uşaqların arasında qohum nikahlar üstünlük təşkil edir”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.