az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
05.12.2017
ATU-nun Tədris Terapevtik Klinikasının “Dializ mərkəzi” Amerikanın “Dialysis and Transplantation” jurnalının “Dializ mərkəz”lərinin siyahısında qeydiyyata alınıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının “Dializ mərkəzi” Amerikada nəşr olunan “Dialysis and Transplantation” jurnalının dünyada səyahət edən xəstələrə kömək edən “Dializ mərkəz”lərinin siyahısında qeydiyyata alınıb.

Bu haqda klinikanın mətbuat xidmətinə Səhiyyə Nazirliyinin baş nefroloqu, Efferent Terapiya Mərkəzinin rəhbəri, professor Mehman Ağayev məlumat verib.

Professor bildirib ki, son zamanlar Azərbaycanda turizmin inkişafını və ölkəmizə turistlərin axınını nəzərə alaraq, universitet rəhbərliyi və klinikanın direktoru Hüseyn Qabulovun da təşəbbüsü ilə belə bir addım atılıb.

“Bu jurnal Amerikada nəşr olunur və turist axınının daha çox olduğu ölkələr burada qeydiyyatdan keçiblər. Biz də turizmin artıq bütün dünyada ən gəlirli sahələrdən biri olduğunu, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrildiyini nəzərə alaraq bu jurnalda qeydiyyatdan keçməyə qərar verdik. İnanıram ki, biz Azərbaycana gələn turistlərə ən yüksək səviyyədə xidmət göstərən “Dializ mərkəzi” olacağıq və gələcəkdə daha böyük işlərə imza atacağıq”.

 
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.