az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
08.12.2017
TƏZYİQİN YÜKSƏLMƏSİNDƏ MÜHÜM ROL OYNAYAN AMİLLƏR - QEYRİ-RASİONAL QİDALANMA, AZ HƏRƏKƏTLİLİK

Yüksək təzyiq ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan bir problemdir. Müxtəlif səbəblərdən yaranan təzyiq çox vaxt xoşagəlməz hallara qədər gətirib çıxarır.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva deyir ki, yüksək təzyiq riskləri arasında əsas yeri nefropatiya və böyrək səbəbli problemlər tutur.

“Qeyri-rasional qidalanma, az hərəkətlilik təzyiqin yüksəlməsində mühüm rol oynayır. Gecə işində çalışanlar, daha çox psixoemosional durumda olanlar, görmə gərginliyi tələb edən işlərdə işləyənlərdə təzyiqin yaranması riski yüksəkdir. Təzyiqin yüksəlməsində stress, emosional gərginlik mühüm faktorlardan biridir”.

Həkim onu da qeyd edib ki, ümumiyyətlə, risk qrupuna daxil olan insanlar duzdan, yağlı qidalardan çəkinməli, asan həzm olunan qidalara üstünlük verməli, daha çox hərəkətli olmalıdırlar.

Standart müasir müayinə metodlarının olduğunu vurğulayan həkim, buraya qanda xolesterinin miqdarının, kreatinin səviyyəsinin öyrənilməsinin də vacibliyini vurğulayıb: “Bunlar xəstə üçün təhlükəli risk amili sayılırsa, onda mütləq bu hal dərmanla korreksiya olunmalıdır. Təzyiqin özünün də dərmanla korreksiyası təzyiqin səviyyəsində asılıdır. Ola bilər ki, xəstənin təzyiqini çox da yüksək deyil, amma onun yanaşı risk faktorları varsa, müdaxilə tələb edən hal sayıla bilər. Ola da bilər ki, xəstənin təzyiqi yüksəkdir, amma risk amilləri yoxdur”.

Həkim bildirib ki, xəstə həkimə müraciət edibsə, təzyiqini ölçüb, bunun yüksək olduğunu qeydə almaqla iş bitmir. Xəstəni hərtərəfli araşdırmaq, məlumatlar toplamaq, bunun səbəbini öyrənmək lazımdır. Ona görə də əlavə riskləri də nəzərdən qaçırmaq olmaz.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.