az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
12.12.2017
MİQRENİN MÜALİCƏSİNDƏ BOTULİNOTERAPİYANIN EFFEKTİV MÜALİCƏ ÜSULU OLDUĞUNU BİLİRDİNİZMİ?

Miqren birincili baş ağrılarının əsas növlərindən biri olub, çox hallarda birtərəfli, tutma şəkilli baş ağrıları, həmçinin bir sıra nevroloji, mədə-bağırsaq və vegetetiv əlamətlərlə özünü biruzə verir. Bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən insanların sosial adaptasiyasını daha çox pozan 19 xəstəlik sırasına daxil edilib. Onu da qeyd etmək lazımdır ki, bu xəstəlik qadınlar arasında kişilərə nisbətən 2-3 dəfə çox rast gəlinir.

Klinikamızın nevroloqu, tibb elmləri doktoru, professor Sədaqət Hüseynova deyir ki, bu xəstəliyin müalicəsində son onillikdə böyük uğurlar əldə edilib.

“Belə ki, bir tərəfdən xəstəliyin tutmalarında istifadə üçün sumatriptanların istifadəsi bu qəbildən olan xəstələrə real köməyə çevrilib. Digər tərəfdən isə sıx rast gəlinən tutmalar zamanı xəstəliyin profilaktik müalicəsi üçün botulinoterapiyanın tətbiqi xəstəliyin uğurlu müalicəsi üçün geniş imkanlar açıb. Məlum olduğu kimi, klinik praktikaya ötən əsrin 1970-80-ci illərindən daxil olan A tipli botulinotoksin preparatları (Botoks, Disport, Kseomin, Neyronoks və s.) tibbin bir çox sahələrində (blefarospazm, distoniyalar, spastiklik, hiperhidroz və s.) geniş istifadə edilir”.

Nevroloq bildirib ki, botulinoterapiyanın baş ağrılarının müalicəsində istifadəsi imkanı təsadüfən yaranıb. 
“1990-cı illərin ortasında başqa səbəblərdən botukinotoksin inyeksiyaları alan xəstələrdə baş ağrılarının azalması müşahidə edilib. Bunun ardınca aparılan tədqiqatlarlarla Botoksun miqrenli xəstələrdə effektivliyi sübut edildi. 2010-cu ildə Botoks Britaniyanın “Medicines and Healthcare products Regulyatory Agency”(MHRA) tərəfindən xroniki miqrenin müalicə vasitəsi kimi lisenziyalaşdırılıb”.

“Bəs botulinoterapiya miqrenli xəstələrdə hansı hallarda istifadə edilir”sualına S. Hüseynova belə cavab verib:

“Botulinoterapiya yalnız xroniki miqrenin müalicəsində, xəstəliyin patogenetik mexanizmləri, provokasiya edən faktorlar, emosional-şəxsi və komorbid pozuntular nəzərə alınmaqla təyin edilir. Xroniki miqren dedikdə ayın 15 günü və daha sıx rast gəlinən miqrenoz tipli baş ağrıları nəzərdə tutulur. Ağrılar gözlənilmədən başlayır, intensivliyi o qədər güclü olur ki, normal fəaliyyət pozulur, ağrıkəsici dərmanlar isə təsir etmirlər. Əgər bu tipli ağrılar 3 ay müd-dətində davam edirlərsə, belə halda o, xroniki miqren kimi dəyərləndirilir. Əgər xəstələrdə belə baş ağrıları rast gəlinirsə, onlar nevroloqa və ya baş ağrısı klinikasının mütəxəssilərinə müraciət etməlidirlər. Bu zaman xəstəliyin səbəbi aydınlaşdırılır və fərdi müalicə planı çərçivəsində botulinoterapiya da təyin edilir. Botoks inyeksiyaları həm də çox güclü miqren tutmaları zamanı yüngüllük gətirə bilir. Bu metodun tətbiqindən sonra xəstələrin böyük əksəriyyətində əhəmiyyətli yaxşılaşma qeyd edilir”.

İnyeksiyaların hansı metodla aparılmağına gəlincə, nevroloq qeyd edib ki, bu, botoks inyeksiyası şəklində - narkozsuz yeridilir.

“Həkim tərəfindən başda müəyyən yerlərə - alına, gicgaga və ənsəyə 10-20 inyeksiya edilir. Bəzi əlamətlər zamanı boyun nahiyyəsinə də inyeksiya etmək məsləhət görülür. İnyeksiyalardan sonra miqren tutmaları əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itir. Müalicənin effekti 3-6 ay davam edir”. 
S. Hüseynova vurğulayıb ki, bəzi hallarda miqrenli xəstələrdə botoks istifadə etmək məsləhət görülmür.
“Bunlar 18 yaşdan aşağı xəstələrə, botulinotoksinə qarşı allergik reaksiyalar zamanı, inyeksiya ediləcək dəri sahəsində iltihab və dəri xəstəlikləri olduqda, hamilə qadınlarda və südverən analarda zərərli təsir aşkarlanmasa da, botoks inyeksiyaları məsləhət görülmür”.

Qeyd edək ki, nevroloq Sədaqət Hüseynova bu sahədə sertifikatlaşıb və adıçəkilən müalicə üsulunu Klinikamızda yüksək səviyyədə həyata keçirir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.