az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
13.12.2017
VİTAMİN D ÇATIŞMAZLIĞININ ƏLAMƏTLƏRİ

Son illərdə vitamin D ilə əlaqədar aparılan araşdırmalar iki həqiqəti ortaya çıxarıb. Birincisi D vitamininin bildiyimizdən də daha vacib bir vitamin olduğu, ikincisi isə D vitamininin çatışmazlığının düşündüyümüzdən daha çox problemlerə yol açmasıdır.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının pediatrı, endokrinoloq Günay Cəbrayılova deyir ki, maliyyə cəhətdən daha çox inkişaf etmiş dövlətlərdə belə D vitamini azlığı daha çox nəzərə çarpır.

“Ölkəmizdə əsasən də ana və uşaqların böyük əksəriyyətinin lazımi qədər D vitamini ehtiyacının ödənməməsi müşahidə olunur. Elə bu səbəbdən də vitamin D çatışmazlığı haqqında əhalimizin məlumatlandırılması vacibdir. Çünki, bu vitaminin çatışmazlığı gələcəkdə bir çox problemlərə gətirib çıxarır".

Vitamin D çatışmalığının əlamətlərinə toxunan pediatr bildirib ki, bu zaman sümük və oynaq ağrıları, halsızlıq, depresiya (səbəbsiz kədərlənmə), baş tərləməsi, tez-tez soyuqdəymələr, əzələ qıcolmaları, çəki artması, yüksək təzyiq, həzm problemləri, diqqət əksikliyi kimi hallar müşahidə olunur.

Məlumat üçün bildirək ki, Klinikamızın laboratoriyasında D vitamininin çatışmazlığının təyini ən son metodlarla aparılır və lazım gəldikdə həkim mütəxəssislərimiz tərəfindən adekvat məsləhətlər və müalicə təyin olunur.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.