az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
14.12.2017
Klinikamızın pediatrı Məleykə Kərimova XXIV Türkiyə Milli Allerqologiya və Klinik İmmunologiya Konqresində iştirak edib

Türkiyənin Antalya şəhərində XXIV Türkiyə Milli Allerqologiya və Klinik İmmunologiya Konqresi keçirilib.

Konqresə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının dosenti, pediatr Məleykə Kərimova da qatılıb.

M. Kərimova konqresdə uşaqların tez-tez xəstələnməsinin səbəbləri, I və II immundefisit vəziyyətlər, onların differensiyası ilə bağlı çıxış edib.

Pediatr bildirib ki, allerqologiya və klinik immunologiyanın aktual mövzularını özündə əks etdirən konqresdə bir çox aktual mövzulara toxunulub.

“Əsasən tez-tez xəstələnən uşaqlar, bronxial astma, allergik rinit, atopik dermatit, angionevrotik ödemlər, birincili və ikincili immundefisit vəziyyətlər və s. xəstəliklərin yaranması, diaqnostikası, müalicə və profilaktikasına dair ən son məlumatlar verildi. Tibbdəki ən son yeniliklərdən söhbət açıldı, eləcə də xəstə uşaqlara psixososial dəstəyin, sosial müdafiənin zəruriliyi barəsində geniş müzakirələr aparıldı”.

“Uşaqlıq çağı bronxial astması “( prof.Bülent Şekerel), “Uşaqlarda ağır astma” (prof. Haluk Çokuğraş, prof. İpek Türktaş), “ Polisensibilizasiya zamanı immunoterapiya” (Moises Colderon), ”Yeni allergenspesifik immunoterapiya peyvəndləri ” (Gabrielela Senti), eləcə də İsveçrədən olan Mübeccel Akdış və Cezmi Akdışin immunopatologiyaya dair çıxışları daha böyük maraqla qarşılandı”.

Qeyd edək ki, 18-22 noyabr tarixlərində keçirilən konqresdə Türkiyənin müxtəlif bölgələrini təmsil edən çoxsaylı allerqoloq, immunoloq, pulmonoloq, LOR- həkimləri , pediatr, terapevt, ailə həkimləri ilə yanaşı İsveçrə, Danimarka və s. ölkələrin də nümayəndələri iştirak edib. Eləcə də gənc həkimlər və tibb bacıları üçün də kurslar təşkil edilib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.