az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
18.12.2017
ATU-da “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları”na həsr olunmuş I Milli konfrans keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları”na həsr olunmuş I Milli konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Konfransı giriş sözü ilə açan ATU rektoru, professor Gəray Gəraybəyli iştirakçıları salamlayaraq, onlara konfransın işində uğurlar arzulayıb.

G.Gəraybəyli bildirib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyədə də son illərdə sürətli inkişaf gedir.

“Bu istiqamətdə aparılan məqsədyönlü siyasət insan sağlamlığının, xəstəliklərin qarşısının alınması, xəstələrə göstərilən tibb xidmətin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına xidmət edir. Bunun bariz nümunəsi kimi 2005-ci ilin dekabrın 23-də Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın qəbulunu göstərmək olar. Bu sərəncamla təsdiq olunmuş strategiyadan sonra Səhiyyə Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb. Və bu fəaliyyət planına uyğun olaraq bir çox istiqamətdə işlər görülür və görülməkdə də davam edir”.
Daha sonra Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva çıxış edib.

Z. Mustafayeva çıxışında hazırda qeyri-infeksion xəstəliklərin dünyada ən geniş yayılmış epidemiya olduğunu deyib.

“Bu xəstəlik hər gün minlərlə insanın ölümünə və sağlamlığına təhlükə yaradır. Bir çox inkişaf etmiş ölkələr kimi Azərbaycan da bu təhlükəli epidemiya ilə mübarizəyə bir neçə il əvvəl qoşulub. Strategiyanın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin 10 may 2016-cı il tarixli əmri ilə aidiyyatı dövlət orqanlarının nümayəndələri də daxil olmaqla, icra və əlaqələndirici işçi qrupu yaradılıb. Bu istiqamətdə əhalinin sağlamlığının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün tibbi xidmətin keyfiyyətinin artırılması, bu sahədə informasiya imkanlarının genişləndirilməsi, tədqiqatların aparılması, eləcə də bu xəstəliklə bağlı monitorinqlərin həyata keçirilməsi əsas vəzifələrdən biridir. Qeyd edim ki, bu xəstəlik təkcə Səhiyyə Nazirliyinin problemi deyil, ümumiyyətlə cəmiyyətin problemidir”.

Çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayıb və onlara belə mühüm bir tədbirdə iştiraka görə minnətdarlığını bildirib. 
“Artıq iki ildir ki, Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” ölkəmizdə tətbiq olunur. Bu konfransın keçirilməsində də əsas məqsəd ölkəmizdə gələcəkdə bu strategiyanın tətbiqi ilə bağlı qarşıda duran vəzifələri həyata keçirməkdir. İnanıram ki, bu sahədə səylərimizi birləşdirərək qarşıda qoyulan hədəflərə uğurla nail ola bilərik”.

Milli Mə