az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
19.12.2017
QARIN (ABDOMİNAL) AĞRILARI – Bu zaman ağrıkəsicilərdən, qızdırıcıdan(isti grelka), imalələrdən qəti istifadə etmək olmaz

Ağrı ən geniş yayılmış simptomlardan biridir, hansıki insanlara ağır fiziki və psixoloji təsir göstərir. Demək olar ki, ağrı təbabəti inkişaf etdirən amillərdən biridir. Təbabətin ilk nailiyyəti ağrının aradan götürülməyi ilə əlaqədardır.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-qastroenteroloqu İlhamə Əmiraslanova bu dəfə abdominal (qarın) ağrılar barədə danışacaq.

İ.Əmiraslanova qarında ağrı sindromunun, yəni abdominal ağrının kliniki praktikada qarın boşluğunda yerləşən orqanların əksər xəstəlikləri ilə bağlı olduğunu deyir.

“Abdominal ağrı müxtəlif səbəblərdən yarana bilər. Burada əsas məqsəd ağrını differensasiya etməkdir, yəni bu narahatçılıq adi köpmə nəticəsində yaranıb və yaxud ciddi patoloji prosesin simptomudur. Adətən bir neçə saniyədən 2-3 dəqiqəyə qədər uzanan ağrı narahatçılığa səbəb deyil”.

Həkim-qastroenteroloq abdominal ağrının əsasən visseral və somatik olduğunu bildirib.

“Visseral ağrı boş orqanların divarlarında yerləşən sinir uclarının qıcığı nəticəsində əmələ qəlir. Bunlar həmin orqanın spazmı ya da genişlənməsi ilə bağlı ola bilər. Bu ağrıların intensivliyi və yayılma xarakteri müxtəlifdir. Somatik ağrı isə onurğa beynindən çıxan peritonu innervasiya edən sinir uclarının qıcıqlanması sayəsində yaranır. Visseral ağrılara əks olaraq somatik ağrılar mütəmadi, müəyyən lokalizasiyalı, peritonun ön divarının əzələ gərginliyi ilə müşayiət olunur, kəsici xarakter daşıyır, hərəkət və tənəffüs zamanı artır, bu səbəbdən xəstələr məcburi vəziyyət alır”.

Qarın ağrısına səbəb olan xəstəliklər və patoloji hallardan danışan, həkim-qastroenteroloq bunu bir sıra xəstəliklərlə əlaqələndirib: “Qarın boşluğu orqanlarının, mədə və 12 barmaq bağırsağın, qaraciyər və öd yollarının, mədəaltı vəzin, bağırsaqların, dalağın funksional və ya orqanik xəstəlikləri, qida toksikoinfeksiyası, peritonun iltihabı, zədələnməsi, böyrək və sidik yollarının xəstəlikləri, qarın boşluğunda yerli arterial qan dövranının pozulması, sinir sisteminin bəzi xəstəlikləri (Herpes Zoster), onurğa sütununun xəstəlikləri, məsələn spondiloartroz, birləşmə toxumanın diffuz xəstəlikləri (düyünlü periartrit), revmatizm kimi xəstəliklər bura adi edilir”.

Qarında ağrının olmağına nadir və ən pis müalicəyə tabe olunan səbəblərdən birinin xərçəng olduğunu vurğulayan İ.Əmiraslaniva ağrılarla bağlı müayinə zamanı ilk növbədə onkoloji xəstəlikləri inkar etmək lazım olduğunu deyib.

“Qarın ağrısı zaman ağrıkəsicilərldən, qızdırıcıdan(isti grelka), imalələrdən qəti istifadə etmək olmaz, çünki bu simptomun həkim müayinəsindən əvvəl aradan götürülməsi səhv diaqnozun qoyulmasına və ciddi fəsadlara səbəb ola bilər. Belə hallarda buz tətbiq oluna bilər. İlk növbədə, qarın nahiyyəsində ağrı hiss etsəniz həkimə müraciət etməyiniz məsləhətdir”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.