az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
17.04.2014

Azərbaycanda son illər uşaqların sağlamlığının qorunması haqqında 10-dan çox sənəd qəbul olunmuşdur. Ölkə səhiyyəsi, xüsusilə də uşaqların sağlamlığı möhtərəm Prezident İlham Əliyevin, eləcə də H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bir-birinin ardınca yaradılan müasir tibb mərkəzləri ana və uşaq sağlamlığına xüsusi qayğı bunların əyani sübutudur. Ölkə səhiyyəsində baş verən sürətli islahatlar özü növbəsində elmi-pedaqoji kadr hazırlığını da stimullaşdırır, keyfiyyətini yüksəldir.

Son illər müasir klinikaları və maddi-texniki bazası ilə inkişaf edən Azərbaycan Tibb Universiteti dünya şöhrətli elm adamlarını qonaq edir, onlarla yaxın əməkdaşlıq qurur. Universitetimizdə bir-birinin ardınca müxtəlif səpkili konfrans və simpoziumlar təşkil olunur. Xüsusui vurğulamaq lazımdır ki, bu konfranslardan yalnız ATU əməkdaşları deyil, ölkəmizin digər səhiyyə müəssisələrinin mütəxəssisləri də faydalanır.

Bu dəfə də ATU-nin Tədris Terapevtik Klinikası belə elmi toplantılardan birinə - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Pediatriya Assosiasiyasının birgə təşkilatçılığı ilə Pediatriyanın aktual problemlərinə həsr olunmuş elmi praktik konfransa ev sahibliyi etmişdir. Tədris Terapevtik Klinikada 17 aprel tarixində təşkil olunan konfrans 18-19 aprel tarixlərində praktiki seminarlarla davam etmişdir. 

Konfransın açılışında ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov çıxış etmişdir. Daha sonra Tədris-Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev, ATU-nin professorları Hüseyn Qabulov, Amalya Əyyubova uşaqlarda talassemiya, astma və allergiya xəstəlikləri ilə bağlı məruzələr söyləyiblər. 

Konfrans açılışdan sonra 4 bölmədə – Hematologiya, Allerqologiya, Yeniyetmə dövrünün təbabəti və ümümi pediatriya  bölmələri üzrə işini xarici və yerli mütəxəssislərin iştirakı ilə  davam etdirmişdir. Konfransda Kardiologiya ixtisası üzrə ATU-nun məsləhətçi proffesoru Andreas Petrapoulos;  Endokrinologiya ixisası üzrə ABŞ-ın Ohayo Ştatı Universitetindən professorRobert Hoffman, Hematologiya və Onkologiya ixtisası üzrə professor Susan Vear, Allergologiya ixtisası üzrə isə Wiskonsin Tibb və İctimai Səhiyyə Universitetinin professoru Jim Warpinski çıxış  etmişlər.Yerli mütəxəssislərdən İ.İsayev, H.Qabulov,  S.Xanməmmədova, N. Sədiyeva və  Z.Mirzəyeva maraqlı məruzələr  etmişlər.

Bu Konfransa Səhiyyə Nazirliyinin dəvəti ilə Bakı şəhəri və bölgələr üzrə həkim pediatrlar, hematoloqlar, allerqoloqlar və endokrinoloqlar, həmçinin Bakı şəhərinin bütün klinikalarından həkim-rezidentlər də qatılmışdır.

Bütün həkimlər, xüsusilə də rezidentlər həm konfransda, həm də 18-19 aprel tarixlərində keçirilmiş 4 qrup üzrə (Allerqologiya, Kardiologiya, Endokrinologiya və Hematologiya) pediatrik seminarlarda aktiv iştirak etmişlər.

       

 
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.