az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
09.01.2018
UŞAQLAR ÜÇÜN VACİB OLAN XEYİRLİ ŞƏKƏRLƏR – MEYVƏ-TƏRƏVƏZ, BAL, QURU MEYVƏLƏR

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Ləman Sultanova bu dəfə uşaqların gündəlik tələbatında onlar üçün vacib olan xeyirli şəkərlərdən söz açıb.

Pediatr-endokrinoloq bildirib ki, bir çox şəkərlər var ki, onların günlük qəbulu nəinki xeyirdir, hətta vacibdir.

“Meyvə-tərəvəz, bal, quru meyvələr - bütün bu təbii məhsulların tərkibində vitaminlər və mikroelementlər vardır. Meyvə-tərəvəz, giləmeyvə qəbulu immuniteti artırır, orqanizmi gücləndirir. Quru meyvələri uşaqlara 1,5 yaşından etibarən vermək olar. Şəkərləşdirilməmiş qurudulmuş təbii meyvələrdə çox miqdarda kalium, kalsium, dəmir və pektin vardır”.

Balın faydaları haqqında danışan pediatr, onun immuniteti artırdığını, beyni qidalandırdığını və mədə-bağırsaq sistemi fəaliyyətini normallaşdırdığını deyir: “Həmçinin sümük sistemini möhkəmləndirir və hemoqlobini artırır. Bütün bunlarla yanaşı unutmaq olmaz ki, bal həmçinin hipoallergen təsirə malikdir. Balı uşaqlara onların yaşından asılı olaraq vermək daha məqsədəuyğundur. Bir yaşdan yuxarı uşaqlara isə balı az miqdarda vermək daha faydalıdır.
Təəssüflər olsun ki, çox vaxt valideynlər artıq uşağın həyatının ilk ilindən onu “şirinləşdirməyə” çalışırlar və körpələrə yuxudan əvvəl və ya gün ərzində şirin su və ya çay verirlər. Belə etmək qətiyyən düzgün deyil. Südəmər uşaqların rasionunda olan ana südü və əlavə qidalar (meyvə,tərəvəz,sıyıqlar) onların günlük karbohidrat tələbatını tam ödəyir. Şirin suyun əvəzinə adi su verilməsi daha düzgündür”.

Pediatr-endokrinoloq onu da vurğulayıb ki, şirin məhsulları uşaqlara ancaq yeməkdən sonra, tələb olunan miqdarda vermək lazımdır: “Bu zaman analar çox diqqətli olmalı və uşaqlarda düzgün qida vərdişlərini körpəlikdən formalaşdırmalıdırlar”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.