az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
02.02.2018
Klinikamızın nəzdində fəaliyyət göstərən Tibbi Ekspertiza Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nəzdində fəaliyyət göstərən Tibbi Ekspertiza Komissiyasının genişləndirilmiş iclası keçirilib.

İclasda çıxış edən direktorun müavini Adil Nuriyev aparılan bu müzakirələrin rezidentlərin kliniki praktiki vərdişlərinin artırılmasında faydalı olacağını bildirib: “Eyni zamanda onlar xəstəlik tarixlərinin düzgün tərtib edilməsi, diaqnozun qoyulmasında və əsaslandırılmasında müasir klinik protokolların müalicənin tətbiq olunmasında rolu ilə bağlı mühüm bilgilərə sahib olacaqlar”.

Daha sonra komissiyanın sədri I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılov çıxış edərək komissiyanın gördüyü işlərdən danışıb. Professor qeyd edib ki, komissiya klinikanın ümumi işi üçün daima çalışır və bundan sonra da bu səylərini davam etdirəcək.

Məlumat üçün bildirək ki, komissiyanın katibi I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti Türkan Kərimovadır.

İclasında davamında bir neçə xəstənin klinik təhlili aparılıb. Komissiya üzvlərinin də iştirakı ilə aparılan təhlillərdə professorlar, şöbə müdirləri və rezidentlər iştirak ediblər.

Qeyd edək ki, Tibbi Ekspertiza Komissiyasının üzvləri professorlar Yaqub Qurbanov və Zakir Əliyev, Uşaq kardio-revmatologiya şöbəsinin müdiri Ələkbər Həsənov, kardioloq Fuad Səmədov və Hematologiya şöbəsinin müdiri Valeh Hüseynovdur.

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.