az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
09.02.2018
QARACİYƏR PİYLƏNMƏSİNİN SƏBƏBLƏRİ..

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov qaraciyər piylənməsi və onun səbəbləri haqqında məlumat verib.

“Qaraciyər piylənməsi - qaraciyərdə piy yığılmasıdır. Ultrasəs müayinə (USM) zamanı piylənmənin yüngül və yaxud ağır formasını vizual olaraq görmək olur. Adətən müayinə edən həkim qaraciyərin piylənməsini görürsə, bir xəstəlik kimi “qaraciyərin piylənməsi” və yaxud “qaraciyərin piy distrofiyası” diaqnozunu təsdiqləyir”.

Qastroenteroloq qaraciyər piylənməsinin səbəbləri barədə də danışıb.

“Bunlara orqanizmdə gedən maddələr mübadiləsinin pozulması, hiss olunmaz dərəcədə fasiləsiz zəhərlənmə ( bu qəbul etdiyiniz qida, spirtli içkilər, yaşayış mühiti və yaxud çalışdığınız işlə bağlı ola bilər), şəkərli diabet xəstəliyi zamanı qanda şəkərin miqdarı vaxtında tənzimlənmədikdə, virus hepatitlərinin təsirindən, dərman preparatların nizamsız və təhlükəsiz rejimdən kənar qəbulu, orqanizmdə dəmirin miqdarının dəfələrlə artması, patoloji kökəlmə və s.aiddir”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.