az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
02.04.2018
YENİ DOĞULMUŞ KÖRPƏLƏRİN AĞRILI KEÇƏN 0-3 AYININ ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİ “İNFANTİL KOLİK”

Ağlamaq körpələrin ətraf mühitə adaptasiyası üçün bir vasitədir. Ağlama baş beyin qabığı ilə əlaqədar olub, körpələrdə ağ ciyərlərin həyat tutumunu artırır, motor funksiyaların inkişafına təkan verir, həmçinin, bədən temperaturunu tənzimləyir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Uşaq kardio-revmatologiya şöbəsinin həkim-rezidenti Pərvin Həsənova körpələrdə ağlamanın bir çox səbəblərinin ola biləcəyini bildirib.

“Bunlara əsasən aclıq, ağrı, yalnızlıq, yorğunluq və s. daxildir. Sağlam böyüyən bir körpədə doğumdan 2 həftə sonra ortaya çıxan, günün müəyyən bir saatlarında 3-4 aya kimi davam edən və heç bir səbəblə izah olunmayan ağlama krizləri infantil kolik olaraq adlandırılır.

Ağlama epizodları əsasən birdən və səbəbsiz başlaya bilər. Ağlama yüksək səslə olub, üzdə qırmızılıq, bərk sıxılmış və ya çox açıq gözlər, ayaqları qarına çəkmə və yumruqları sıxma, qarında gərginlik kimi motor simptomlarla nəzərə çarpır”.

İnfantil kolik irsi xüsusiyyət daşımayıb, etiopatogenezində bir sıra səbəblər ola bilər: “Bunlar - psixoloji – hamiləlikdə stress, ailə içi münaqişələr və doğuşda xoşa gəlinməz təcrübə, erkən yenidoğan dövründə körpədə xaricdən gələn siqnalları əngəlləyən bir mexanizmanın mövcud olması, birinci ay içində isə bu mexanizmanın ortadan qalxmasıdır. Nəticədə körpə ətraf mühitə daha oyanıq və duyarlı olur, laktoz intoleransı - ana südü və süni qida qarışıqları tərkibində laktoz adlı süd şəkəri vardır, bu LAKTAZA fermenti və bağırsaq bakteriyaları vasitəsilə həzm olunarkən qaz əmələ gəlir. Bəzi körpələrdə isə həzm əsnasında daha çox miqdarda qaz əmələ gəlir və körpənin 3.5-4 ayına qədər tez-tez sancı çəkib ağlamasıdır”.

P. Həsənova qeyd edib ki, ağlayan körpənin ağlama səbəbini valideynlər doymamaqda görür.

“Buna görə də körpəni davamlı olaraq qidalandırırlar. Bu vəziyyətdə də körpə əmdiyi südü həzm edərkən, çoxlu qaz əmələ gəlir. Bu da körpənin vəziyyətini daha da ağırlaşdırır. Xəstəliyin diaqnozu anamnez və ətraflı fiziki müayinəyə əsasən qoyulur. Əgər uşaq ilk 3 ayında 15 günlükdən etibarən yaxşı kilo alır və doyduğu halda çox ağlayırsa, bu durum 99% qaz şikayəti ilə bağlıdır”.

“Bəs infantil kolikin tam müalicəsi varmı” sualına həkim-rezident belə cavab verib:

“Təssüf ki, bu xəstəliyin müalicəsi yoxdur. Yalnız bəzi məsləhətlərə əməl etməklə xəstəliyin daha ağrısız keçməsinə nail olmaq mümkündür. Əgər uşaq ana südü ilə qidalanırsa, hər ağlayanda əmizdirilməlidir. Süni qida ilə qidalanırsa, mütləq rejimlə hər 2-3 saatdan bir yedizdirilməlidir. Köpü olan uşaqlar ağlarkən onu rejimsiz qidalandırdıqda köpü daha da artmış olur, buna analar xüsusi diqqət etməlidirlər. Ana südü verən analara ciddi diyeta lazım deyil, lakin köp verə biləcək qidaları rasiondan çıxartmaq lazımdır. Bunlara paxlalılar, lobya, noxud, qazlı içəcəklər, turp və s. daxildir”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.