az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
29.05.2018
BAŞ DÖNMƏLƏRİNİN SƏBƏBLƏRİ – VAXTINDA MÜALİCƏ OLUNMASI VACİBDİR

Əgər ilk dəfə anidən ortaya çıxan baş dönməsi yaşayırsınızsa və bu hal hələ də davam edirsə, tez bir vaxtda həkimə müraciət etməyiniz məsləhətdir. Baş dönməsi bir hərəkət yanılmasıdır. Xəstə ya özünün ya da ətrafının hərəkət ediyini bildirir. Çox vaxt zəlzələ olurmuş kimi və ya “yer ayağımın altından qaçır” kimi ifadələr istifadə edirlər.

Bu haqda məlumat verən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva bildirib ki, bu hal bədəndəki bir sıra dəyişikliklərin göstəricisidir.

“Əsasən bədəndəki qanın həcmi, ürək atım sürəti və qan təzyiqindəki dəyişikliklərlə əlaqədar yaranır. Həmçinin beynin alt və aşağı hissəsində yerləşən beyincik və daxili qulaqda yerləşən yarımdairəvi kanalların xəstəlikləri də baş dönməsinə və müvazintin pozulmasına səbəb olur. Baş dönməsi miqrenin ön əlaməti şəklində də qarşımıza çıxa bilər.

Müayinə zamanı yanaşı gedən ürək bulanma, qusma, tərləmə, əldə-qayaqda uyuşma, bulanıq görmə, gücsüzlük, qulaqda küy, eşitmənin azalması kimi əlamətlər bizə baş dönməsinin nədən yaranması haqqında məlumat verir. Bununla yanaşı istifadə etdiyimiz bəzi dərmanlarda baş dönməsinə səbəb ola bilər”.
Nevroloq deyir ki, xəstəliyin kəskin və ya yavaş-yavaş başlaması, davam etmə müddəti və şiddəti baş dönməsinin mərkəzi və ya periferik səbəblərini ayırmamız üçün bizə ip ucuz verir.

“Bu problemləri yaşayan xəstələrimizin həkimə vaxtında müaricət etməsi ürək damar sistemi xəstəlikləri, beyin şişləri və kistləri, miqren, dağınıq skleroz kimi bir çox xəstəliyin vaxtında diaqnoz qoyulması və müalicəsi baxımından çox vacibdir”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.