az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
06.06.2018
Klinikamızda “Azərbaycan və İsraildə psixiatrik xidmətin təşkili və hüquqi aspektləri” mövzusunda beynəlxlaq konfrans keçirilib

Bu gün Azərbaycan Tibb Universeitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Azərbaycan və İsraildə psixiatrik xidmətin təşkili və hüquqi aspektləri” mövzusunda beynəlxlaq konfrans keçirilib.

Konfransda İsrailin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Dan Stav, bu ölkənin 50-ə yaxın psixiatrı, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrasının müdiri Teymur Qafarov, Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov və nüfuzlu şəxslər iştirak edib.

Konfransı giriş sözü ilə açan ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov iştirakçıları ATU rektoru, professor Gəray Gəraybəyli adından salamlayaraq, konfransın işinə uğurlar arzulayıb.

O, Azərbaycan və İsrail arasında münasibətlərin tarixi köklərə dayandığını bildirib.

“İsraillə Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixi qədimdir. Bu iki ölkə arasındakı əlaqələr bir çox sahələrdə olduğu kimi, tibb sahəsində də son zamanlar yüksək səviyyədə inkişaf etməyə başlayıb. Bunun göstəricisi olaraq, bu gün keçirilən konfransda İsrailin nüfuzlu həkimlərinin iştirakını göstərmək olar. Onlar öz ölkələrində psixologiya sahəsində kifayət qədər sözünü demiş şəxslərdir”.

R. Bəylərov cənab səfirin bu iki ölkə arasında əlaqələrinin genişlənməsində və inkişaf etdirilməsində göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

Daha sonra çıxış edən səfir Dan Stav Azərbaycanın müstəqillik əldə etdikdən sonra əldə etdiyi nailiyyətlərdən danışıb. O bildirib ki, Azərbaycan tolerant ölkə olaraq, bir çox ölkələrə arasında öz nufuzunu qazanıb.

“Bu gün keçirilən konfransın həm Azərbaycan, həm də İsrail üçün böyük əhəmiyyəti var. Çünki, psixiatriyanın dərindən öyrənilməsi və bu sahənin inkişafına töhfə verəcək perspektivli həkimlərin yetişdirilməsinə ehtiyac var. Düşünürəm ki, hər iki ölkə bu istiqamətdə artıq bir çox işlər həyata keçirməkdədir”.

Səfir konfransın təşkilinə şərait yaradan ATU rektoru, professor G.Gəraybəyliyə və təşkilatçılara minnətdarlığını bildirib.

Konfransda İsraildə psixiatrik xidmətlərin təşkili və tətbiq edilən yeniliklər, psixi yardımın təşkilinin hüququ aspektləri, Azərbaycanda Psixiatrik Sağlamlıq Mərkəzinin fəaliyyəti, psixi sağlamlıq istiqamətində görülən işlər və s. mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, konfrans öz işini sabah da davam etdirəcək.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.