az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
07.06.2018
ATU-nun tələbəsi Almaniyada beynəlxalq konqresdə iştirak edib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının allerqoloqu Tahirə Pənahovanın Almaniyanın Münix şəhərində bu yaxınlarda keçirilən Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunologiya konqresində posteri nümayiş olunub.

Poster haqqında ATU-nun II Müalicə profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Kamilə Qaraisalı danışıb.

O, “Bronxial astmalı uşaqlarda piylənmənin kliniki xüsusiyyətləri” mövzusunda olan posteri məruzə şəklində təqdim edib.

Kamilə Qaraisalı eyni zamanda Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin gənc üzvüdür.

Konqresdə müasir allerqologiya, iki hissəli allergik immunoterapiyaya dair yeniliklər, qida allergiyası və anafilaktik şokdan bəhs edən qaydalar, yeni dərman vasitələri haqqında geniş məlumat verilib. Bildirilib ki, bu dərman preparatları artıq bir çox Avropa ölklərində istifadə edilir və onun müsbət nəticələri var.

Qeyd edək ki, konqresdə dünyanın müxtəlif ölkələrindən 7 mindən çox həkim iştirak edib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.