az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
20.06.2018
DİABET XƏSTƏLƏRİ BU HALLARDA MÜTLƏQ HƏKİMƏ MÜRACİƏT ETMƏLİDİRLƏR

Son zamanlar hətta 10 il və daha çox diabet keçmişi olan xəstələrdə belə, diabet təhsilinin zəif olduğunu görürük. Bu səbəbdən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsində yatan xəstələrin hər birinə diabet məktəbi tədris olunur.

Bu haqda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin həkim-rezidenti Günel Musayeva məlumat verib.

O bildirib ki, burda əsas məqsdə diabet xəstələrinə səsimizi çatdırmaq və onlara diabet tədrisi haqqında bilgilər verməkdir.

“Optimal diabet baxımında önəmli olan qan şəkəri nəzarətinin xəstənin özü tərəfindən aparılması və idarəsi (mümkün olduğu qədər), yediyi qidaların tərkibi və miqdarı barədə məlumatlanmaq, idman zamanı, öncəsi və sonrası qan şəkərinə nəzarət, ayaq və dəriyə qulluq, araya girən yeni xəstəliklərdə davranma və sağlıq mərkəzinə müraciət etmə zamanı, risk faktorları( əsasən tip 1 diabet xəstələrində sidikdə aseton iyi gələrsə bir ketoasidoz siqnalı ola biləcəyi), hipoqlikemiya haqqında bilgiləndirilmək, insulin inneksiya texnikası(əməl olunmazsa inneksiya bölgəsində lipoatrofiya və lipohipertrofiya ola biləcəyi və bunlar yarandıqdan sonra riskləri), reproduktiv yaşlı diabet xəstələrində kontrasepsiya növü, hamiləlikdə diabetin aşkarlanması, idarəsi və s. haqqında bilgi verilməlidir. Bu məlumatların bir dəfəyə xəstəyə verilməsi vaxt və bilgi yüklülüyü baxımından çətin olacağını nəzərə alaraq, yatış zamanı və ya hər ambulator müraciət zamanı tədricən xəstəyə çatdırılmalıdır. Oxşar diabet tarixi, oxşar ağırlaşması, hətta uyğun bədən çəkisində olan insanların qrup şəklində diabet məktəbi keçməsi xəstələrin motivasiyasını artırır və daha yaxşı nəticə verir”.

G.Musayeva qeyd edib ki, xəstələr nə qədər bilgili olsalar da, aşağıdakı hallarda mütləq həkimə müraciət etməlidirlər: "Qan şəkəri 350 mg/dldən çoxdursa, qan şəkəri 40 mg/dl-dən aşağıdırsa, başqa bir həkim tərəfindən

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.