az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
04.07.2018
"İntervensiya, profilaktika və innovasiyaların müasir vəziyyəti" mövzusunda KONFRANS

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında "İntervensiya, profilaktika və innovasiyaların müasir vəziyyəti" mövzusunda konfrans keçirilib.

Konfransda İsrailin Azərbaycandakı səfiri Dan Stav, Avropa Kardiologiya Cəmiyətinin Elektron Tədris Komitəsinin sədri, Hadassa Tibb Mərkəzinin Ürək İnstitutunun direktoru professor Çaim Lotan, Hadassa Tibb Mərkəzinin Ürək İnstitutunun baş kardioloqları Ronen Durst və Boris Varşitski, tədbirin təşkilatçısı olan Run Group şirkəti və digər nümayəndələr iştirak edib. Run Group şirkəti bu cür geniş miqyaslı tədbiri artıq ikinci dəfədir təşkil edir. Tədbirin təşkil olunmasında əsas məqsəd Azərbaycan Səhiyyəsinin inkişafına dəstək verməkdir.

Çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav konfrans iştirakçıları salamlayaraq, belə seminar və tədbirlərin keçirilməsinin hər iki ölkə arasında əlaqələrin genişlənməsində, eyni zamanda elmin inkişafına, tibb sahəsində əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Daha sonra professor Yaqub Qurbanov çıxış edərək ATU rektoru, professor Gəray Gəraybəyli adından konfrans iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.
Y.Qurbanov bildirib ki, son illər kardiologiya sahəsində çox böyük konfranslar keçirilir,bu da bu sahənin daha dərindən öyrənilməsində böyük imkanlar açır.

"Bugünkü konfransımızda dost ölkə olan İsrail təbabətinin kardioloji sahədə bilikləri bölüşüləcək, bu da bizi çox sevindirir. Gələcəkdə bu kimi konfransların keçirilməsi də tibb sahəsində böyük nailiyyətlərə yol açacaq".

Konfransın birinci hissəsində Kardiovaskulyar risk amilləri və müdaxilələr mövzusunda çıxışa başlayan Hadassa Tibb Mərkəzinin Ürək İnstitutunun baş kardioloqu Boris Varşitski Primary PCI- İlkin dəri daxili koronar müdaxilə və bunun nəticələri barədə söz açıb. Daha sonra çıxış edən Hadassa Tibb Mərkəzinin Ürək İnstitutunun direktoru professor Çaim Lotan TAVI - Transkatetr Aort Qapacığının İmplantasiyası və bu sahədə tətbiq edilən yeniliklərdən bəhs edib.Konfransın birinci hissəsinin yekununda çıxış edən Hadassa Tibb Mərkəzinin Ürək İnstitutunun kardioloqu Ronen Durst Hiperlipidemiya xəstəliyinin müalicəsində tətbiq edilməli olan əsas üsulları audirotiyanın nəzərinə çatdırıb.

Konfransın ikinci hissəsinə professor Çaim Lotan Şəkərli diabet və Kardiologiya mövzusunda olan mühazirə ilə başladı. Konfransı baş kardioloq Boris Varşitski Rəqəmsal sağlamlıq və Fərdi tibb mövzusundakı çıxışı ilə davam etdirdi. İkinci hissəsini Ronen Durst Genetik və Fərdi tibb barəsində mühazirə ilə sonlandırdı. Həmçinin qonaqlar auditoriyanı maraqlandıran sualları cavablandırdı və tibbin gələcəkdəki inkişafı barəsində fikirlərini bildirdilər.

Yekunda çıxış edən professor Yaqub Qurbanov mühazirələrin çox yeni məlumatlarla zəngin olduğunu və bu kimi konfransın keçirilməsində təşəbbüs göstərdiklərinə görə qonaqlara təşəkkürünü bildirdi.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.