az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
20.09.2018
Qadınlarda xərçəngi erkən aşkarlamağın yolları

Zəmanəmizin ən qorxulu xəstəliklərindən biri xərçəng xəstəliyidir. İnsanlar bu diaqnoza ölüm diaqnozu kimi yanaşır. Lakin bilmək lazımdır ki, erkən aşkarlanmış onkoloji xəstəliklər çox vaxt tam müalicə olunur. Xüsusilə qadınlar üçün bu mövzu daha çox aktualdır. Sadəcə vaxtında müayinə olunmaq lazımdır. 

Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikasi və terapiyası kafedrasının əməkdaşı, radioloq, Günel Qəmbərova orta yaşlı qadınlara mütəmadi olaraq mammoqrafiya müayinəsindən keçməyi məsləhət görür. 
ATU-nun Tədris Terapevtik Klinikasının mammoqrafiya mütəxəssisi G.Qəmbərova bildirir ki, mammoqrafiya müayinəsi daha erkən mərhələlərdə süd vəzi xərçəngini aşkarlamağa imkan verir.
 

“Bəzi qadınlar müayinə zamanı radiasiya təsirinə məruz qalmaqdan narahat olurlar. Qeyd edək ki, çagdaş mammoqrafiya yalnız standart döş qəfəsi rentgen müayinəsindən 0.06 qr aşağı doz ekspozisiya vermiş olur. Bu, insanın 3 saatlıq təyyarə uçuşu zamanı aldıgı şüaya bərabərdir. Yəni, bu dozanın insan orqanizminə ziyanı yoxdur”. 

G.Qəmbərova ATU-nun Tədris Terapevtik Klinikasında müasir standartlara cavab verən, rəqəmsal mammoqrafiya cihazı ilə bütün növ prosedurların icra olunduğunu bildirir. Həkim bütün xanımlara müraciət edərək vatında müayinə olunmağı məsləhət görür. 

Qeyd edək ki, artıq Dünya Səhiyyə Təşkilatı, Amerika Tibb Assosiasiyası, Mama-ginekoloqların Amerika Konqresi, Avropa və Amerika Radioloqlar Assosiasiyası, Onkoloji Cəmiyyət, Milli Onkologiya Şəbəkəsi mammoqrafiya müayinəsinin Süd vəzi xəstəliklərinin erkən aşkarlanmasında qızıl standart (”Gold standart”) metod oldugunu israrla vurğulayırlar.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.