az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
26.09.2018
“Dünya ağciyər günü”nə həsr edilmiş simpozium keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında “Dünya Ağciyər Günü”nə həsr edilmiş simpozium keçirilib. Simpoziumu Respublikanın baş allerqoloqu, professor Cəbrayıl Məmmədov açaraq ağciyər və tənəffüs yolarında yaranan xəstəliklərin dünyada geniş yayıldığını qeyd edib. Bu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermək üçün sözü professor Əlizamin Sadıqova verib. 

Ə.Sadıqov “Hospitaldaxili və ventilyator assosasiya olunanpnevmoniyaların müalicəsinə yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, hazırda dünyada pnevmaniyadan 450 milyona yaxın şəxs əziyyət çəkir və 4 milyon insan adıçəkilən xəstəlikdən dünyasını dəyişibdir. Professor dünya praktikasında son illər xəstəliyin müayinə üsullarından söhbət açaraq, Avropada və ölkəmizdə xəstəliyin diaqnostikası, aşkarlanması, yeni müalicə üsullarına toxunub və xəstəliklə mübarizə aparılması yollarını iştirakçıların diqqətinə çatdırıbdır. Pnevmoniyaların müalicəsində yeni yanaşmalarla bağlı söylənilən fikirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Ə.Sadıqov ölkəmizdə də adıçəkilən xəstəliklə mübarizə aparmaq üçün lazımi resusların olduğunu bildirib və mübarizənin daha effektli olması üçün bir sıra təkliflərlə çıxış edib. 
Simpozium geniş diskusiya və sual-cavablarla işini sona çatdırıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.