az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
04.10.2018
ATU-nun dosenti və tələbəsi Beynəlxalq Konqresdə iştirak ediblər

Sentyabrın 26-28-də İstanbulda uşaqlarda tənəffüs sistemi xəstəliklərinə həsr olunmuş “Çocuk Gögüs Hastalıkları 3-cü konqresi” keçirilib. Konqresdə Türkiyənin müxtəlif bölgələrində fəaliyyət göstərən həkim və alimlərlə yanaşı, bir sıra xarici ölkələrin də nüməyəndələri iştirak edirdilər.

Ölkəmizdən konqresdə iştirak üçün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinika¬sının pediatrı, dosent Məleykə Kərimova və 2-ci Müalicə - profilaktika fakultəsinin 3-cü kurs tələbəsi Türkay Kərimli dəvət alıblar.

Məleykə Kərimova konqresdə uşaq yaşlarında tənəffüs sistemi xəstəliklərinin yaranmasında opportunist infeksiyaların rolu, xroniki öskürək, psixogen asqırma, tez-tez xəstələnən uşaqlar və s. mövzularda 10 poster-çıxışı edib.

M.Kərimovanın sözlərinə görə, beynəlxalq konqresdə uşaqlarda bronxial astma, mukovissidoz, vərəm kimi tənəffüs sistemi xəstəliklərinin gedişi, diaqnostika və müalicəsi, eləcə də persistəedən bakterial bronxiolit, interstisial ağciyər xəstəlikləri, xroniki öskürək, ekoloji amillərin və antibiotikoterapiyanın uşaqların tənəffüs sisteminə təsiri, peyvəndlər və s. aktual mövzularda məruzələr dinlənilib. Dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər əldə olunan yenilikləri çatdırıblar, müxtəlif mövzularda ətraflı diskussiyalar aparılıb.

Məruzəçilərdən prof.dr. Bülent Karadağ, prof.dr. Refika Ersu, prof.dr. Fazilet Karakoç, prof.dr. Elif Dağlı, prof.dr. Esen Demir, prof.dr. Paul Brand, prof.dr.Harm Tiddens və digərlərinin çıxışları daha böyük maraqla qarşılanıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.