az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
05.10.2018
Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının əməkdaşı, t.ü.f.d. Şəhla Məlikova 13-cü Avropa Konqresində iştirak etmişdir.

2018-ci ilin 26-30 avqust  tarixlərində Avstriyanın paytaxtı Vyanada Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqası (International League against Epilepsy) tərəfindən təşkil edilən Epileptologiya üzrə 13-cü Avropa Konqresi keçirilmişdir. Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının əməkdaşı, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının Azərbaycan Bölməsinin katibi, t.ü.f.d. Şəhla Məlikova bu Konqresdə müvəffəqiyyətlə iştirak etmişdir.

Ş.Məlikovanın «Epilepsiyalı qadınlarda hamiləliyin nəticələri» mövzusunda poster prezentasiysı Konqres iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.Konqresdə 100-dən çox ölkəni təmsil edən 2500-dən artıq nevroloq iştirak etmişdir.Konqresin sessiyaları  və məruzələr dünyanın 200-dən artıq ən qabaqcıl epileptoloqları tərəfindən aparılmışdır (Samuel Wiebe, Alla Guekht,  Meir Bialer, Eugen Trinka, Emilio Perucca, Simon Shorvon, Helen Cross, Torbjörn Tomson, Federico Vigevano, Michel Baulac, Matthew Walker, Charlotte Dravet, Philippe Ryvlin, Martin Brodie, Christian Elger və başqaları). Epilepsiyanın müxtəlif aspektlərinə dair bir çox maraqlı məruzələr konqres iştirakçıların nəzərə ətraflı çatdırılmışdır:

  A.Strzelczyk, F.Rosenow (Almaniya), A.Schiefecker(Avstriya), S.Rüegg (İsveçrə) alimlərinin təqdim etdiyi «Refrakter və superrefrakter epileptik status» (Refractory and superrefractory status Epilepticus) adlı sessiyyada refrakter epileptik status zamanı lakosamid, brivasetam preparatlarının istifadəsi barədə maraqlı məlumatlar verilmişdir. Epilepsiya əleyhinə preparatların teratogenliyinə (Teratogenicity of antiepileptic drugs) həsr olunmuş sessiyada R.Fennel (ABŞ),M.Bialer (İsrail),T.Tomson (İsveç), S.Şorvon (Böyük Britaniya) alimləri tərəfindən maraqlı məruzələr təqdim olunmuşdur. Hamiləlik planlaşdıran epilepsiyalı qadınlarda epilepsiya əleyhinə preparat seçimində ehtiyatlı olmaq tövsiyə olunmuşdur, lamotridjin və levetirasetam isə daha az teratogen effektə malik olan epilepsiya əleyhinə preparatlar kimi göstərilmişdir. C.Baumgartner (Avstriya), P.Marusic(Çexiya), P.Kahane (Fransa) alimləri tərəfindən təqdim edilmiş videosessiya (Advanced teaching video session: Seizure semiology – adult: Illustrating the new ILAE seizure classification for focal seizures) zamanı Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının yeni təsnifatına uyğun olaraq böyüklərdə fokal tutmaların semiologiyası (avtonom və emosional, tonik və klonik, hiperkinetik və koqnitiv tutmalar) nümayiş etdirilmişdir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.