az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
17.10.2018
ATU-da I kurs rezidentləri ilə görüş keçirilib

Oktyabrın 17-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında I kurs rezidentləri ilə görüş keçirilib. 

Klinikanın direktoru Samir Allahverdiyev toplantını açaraq professor-müəllim heyətini, bütün tədbir iştirakçılarını salamlayıb və rezidentlərə praktiki fəaliyyətlərində uğurlar arzulayıb. 

Tədbirdə çıxış edən rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədov əvvəlcə rezidentlərə rektorun təbrikini çatdırıb. 

Bu il rezidenturaya qəbul planının artdığını söyləyən şöbə müdiri qarşıda duran vəzifələrdən, mövcud problemlərdən və ortaya çıxan çətinliklərin həlli yollarından söz açıb. Bildirib ki, artıq öz kuratorları ilə tanış olan rezidentlərin bundan sonrakı fəaliyyətlərinin səviyyəsi ilk növbədə nizam-intizama necə riayət edəcəklərindən, işə hansı məsuliyyətlə yanaşacaqlarından asılı olacaq. 

Hər bir rezidentin həm Səhiyyə Nazirliyi, həm də Tibb Universitetilə müqavilə bağladığını xatırladan R.Məmmədov qeyd edib ki, götürdüyünüz öhdəliklərlə yanaşı, malik olduğunuz hüquqlardan da yararlana biləcəksiz: “Klinikanın rezidentlərlə iş üzrə müavini Fuad Səmədov, rezidentura şöbəsinin müdir müavini Nigar Sədiyeva sizə yaxından köməklik göstərəcəklər. Hər birinizin fərdi iş planı olmalıdır. Rotasiyaların təşkili ilk növbədə klinika rəhbərliyi ilə razılaşdırılmalıdır. Deyim ki, rotasiya I kursda noyabrın 10-dan sonra başlanacaq. Kafedra müdirlərinin rotasiyalara ciddi nəzarət etməsi çox vacibdir. Çünki rezidentlərin sayındakı artımla əlaqədər şöbələrdə müəyyən sıxlıqların yaranması mümkündür. Onu da xatırladım ki, I kursdan xaricə ölkələrə rotasiya yoxdur. II kursdan sonra kuratorun, kafedra və şöbə müdirlərinin rəyi əsasında nəzəri, praktiki göstəriciləri yüksək olan rezidentlərimiz heç bir məhdudiyyət olmadan xarici ölkələrdə rotasiya keçə bilərlər”. 

Çıxışında rezidentlərin elmi-tədqiqat işlərinə cəlb edilməsinin zəruriliyi, bəzi ixtisaslar üzrə xəstələrin sayının azlığı, gecə növbələrinin təşkili və digər məsələlərə də toxunan şöbə müdiri rezidentlərin haqlı narazılığı əsasında kuratorların dəyişdiriləcəyini və bu cür halların müəllimlərin qiymətləndirilməsinə mənfi təsir göstərəcəyini də deyib. 

Tədbirdə professor Yaqub Qurbanov da çıxış edərək rezidentləri təşəbbüskar olmağa, öz işlərinə məsuliyyətlə yanaşmağa çağırıb və seçdikləri ixtisaslarını yüksək səviyyədə mənimsəmələrini tövsiyə edib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.