az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
28.11.2018
Hamiləlik süd vəzi xərçəngindən qoruyur

Son illər qadınları narahat edən xəstəliklər arasında süd vəzi xərçənginin adı daha çox çəkilir. Bu da təbiidir, çünki insanlar xərçəngi müalicəsi olmayan bir xəstəlik kimi qəul edirlər. Amma çox az insan bilir ki, xərçəngin bu nöcünün qarşısını almaq üçün konkret göstəricilər var. 

Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və terapiyası kafedrasının müəllimi, Tədris Terapevtik Klinikasının həkimi, mammoloq-radioloq Günel Qəmbərova məhz bu barədə məlumat verdi. 

Avropa Radioloqlar Assosiyasının üzvü olan Günel Qəmbərova qeyd edir ki, vaxtında baş tutan evlilik bu əstəliyin profilaktikası üçün önəm daşıyır. Çünki 30 yaşdan öncə hamilə qalan qadınlarda hormonlar süd vəzi toxumasına ciddi təsir göstərir. Bu da sanki orqanizmi uzun müddət ərzində süd vəzi xərçəngindən qoruyur. “30 yaşdan öncə ana olan xanımlarda süd vəzi xərçəngi riski 30 % aşağıdır.Gecikmiş nigah və gecikmiş hamiləliklərdə göstəricilər ciddi şəkildə dəyişmiş olur”.

Günel Qəmbərova bildirir ki, hamiləlik zamanı süd vəzi xərçənginə az rast gəlinir. Lakin bir istisna var: «Hamiləlikdən öncə yaranan xərçəng hamiləlik zamanı hormonların təsiri nəticəsində sürətlə aqressivləşir və palpator hiss olunan səviyyəyə çatır. Hamiləlikdə rast gəlinən bəd törəmələr daha gecikmiş mərhələlərdə olur”. 

Günel Qəmbərova təkidlə bildirir ki, hamiləliyin ilk aylarından etibarən qadın mütləq həm ginekoloq, həm də mammoloq tərəfindən məhz süd vəzi ilə bağlı yoxlanılmalıdır: «Hamiləlikdə süd vəzində əmələ gələn kütlələrin 80 % süd kistası, yağ toxuması, fibroadenoma kimi xoşxassəli kütlələr ola bilər. Ancaq süd vəzində ortaya çıxan dəri qızarması, şişməsi, dəri dartılması, qanlı ifrazat və ödem kimi hallarda mammoloqun baxışı qaçılmazdır”. 

Mammoloq qeyd edir ki, hamiləlik zamanı anaya və dölə heç bir zərər yetirməyən müayinə USM-dir.USM altında biopsiya götürmək çox asandır. Bəzən hamiləliyə görə süd vəzi atomik və struktur olaraq elə formada dəyişə bilər ki, bu zaman ultrasəs hissiyyatı da azala bilər. Belə olarsa, ən vacib hallarda belə süd vəzinin MRT-ni aparmaq olmaz. Ümumiyyətlə, hamilələlərə kompüter tomoqrafiyası birbaşa əks göstərişdir». 

Həkim deyeir ki, əgər heç bir müayinə ilə süd vəzindəki kütlə ilə bağlı diaqnoz qoymaq mümkün olmursa, onda mammoonkoloqun məsləhəti ilə ən aşağı dozada mammoqrafiya müayinəsi aparmaq olar. 

G.Qəmbərova bu halda ən əsas dəqiq və düzgün diaqnoz qoyulmasını vacib hesab edir. Bə hər qadına süd vəzilərini ayda bir dəfə güzgü qarşısında müayinə etməyi tövsiyyə edir. Çünki erkən qoyulmuş diaqnoz həyatı xilas edə bilər.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.