az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
05.02.2019
Uşaqlarda nevroloji problemlərə diqqətli olmaq lazımdır

Professor Zakir Əliyev: “Müalicəyə düzgün əməl etmək mütləqdir”

Valideynlər azyaşlı uşaqlar və körpələrdə heç bir əlaməti nəzərdən qaçırmamalıdır. Çünki bəzən uşağın davranışında adi görürən hansısa dəyişikik ciddi nevroloji problemlərdən xəbər verə bilər. 

Tanınmış mütəxəssis, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru Zakir Əliyev deyir ki, müasir dövrdə uşaqlar arasında nevroloji patologiyalar əsasən dörd istiqamətdə müşahidə olunur: əqli inkişafdan geri qalma, yaddaşdan kəmlik, hərəkətin zəifləməsi (iflic, parezlər) və qıcolmalar (epilepsiyalar).

Əgər həkim bu dörd əlamətin hər birini heç olmasa 5 faiz aşağı sala bilirsə, bu, böyük göstərişdir. Lakin bu əlamətlərin üçünün eyni uşaqda olması artıq fəlakətdir. 

Z.Əliyev bildirir ki, valideynlər də nevroloji problemləri olan uşaqların müalicəsinə ciddi yanaşmırlar. Məsələn, qıcolma kəsilən kimi, dərmanları yarımçıq saxlayır, müalicəni davam etdirmirlər: “Əgər müalicəyə düzgün əməl olunmasa, uşaqlarda tutmaları düzəlsə də, əqli problemləri həll olunmayacaq. Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, şıltaqlıq kimi yanaşırlar. Halbuki, bu, problemlərdən xəbər verir. Bu məsələlərlə bağlı mediada, televiziyalarda maarifləndirici verilişlər artırılmalıdır ki, valideynlər bu haqda daha çox məlumatlı olsunlar”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.