az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
21.02.2019
“Biofire FilmArray” sisteminin üstünlüklərindən həkimlərimiz də yararlanacaq.

Fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris Teraprvtik Klinkasında “Mikrobioloji analizlərə sindromik yanaşma” mövzusunda konfrans keçirilib. Konfransda Fransanın “Biomerieux” şirkətinin Türkiyə üzrə təmsilçiləri Can Orhun və dr.Didem Akrıp Soydan çıxış ediblər.

Məruzəçilər öz çıxışlarında şirkətin tətbiq etdiyi “Biofire FilmArray” sistemi ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat veriblər. Qeyd ediblər ki, “Biofire FilmArray” sistemi FDA, CE-İVD sertifikatlı, nümunələrin hazırlanması, amplifikasiyası, deteksiyası və analizini inteqrasiya edən multileks PCR sistemidir. Məruzəçilərin çıxışlarından məlum olub ki, adıçəkilən sistem vasitəsilə bakteriyalar, viruslar, parazitlər və antibiotiklərə rezistentlik genlərini eyni zamanda müayinə etmək mümkündür. Hazırda bəzi infeksion xəstəlikləri müayinə etmək məhdud olduğundan bir saat müddətində “Biofire FilmArray” sistemi vasitəsilə bir çox infeksiyalara diaqnoz qoymaq olur.

Sistemdəki panellər həmçinin nadir rast gəlinən patogenləri yüksək həssaslıqla təyin etmək imkanlarına da malikdir. Sistemin bir sıra üstünlüklərindən söhbət açan mütəxəssislər, bu sistemlə işləyən cihazların həkimlərə geniş imkanlar yaratdığını qeyd ediblər. Həkimlərə təkcə xəstənin dəqiq müayinə olunmasında deyil, həmçinin dəqiq müalicə olunmasında da bilavasitə kömək etdiyini vurğulayıblar. Bildiriblər ki, həkim bu sistem vasitəsilə xəstənin izolyasiya olunması, antibiotik və antiviral müalicə və əlavə müayinəyə ehtiyac olub-olmaması ilə bağlı qərar vermək imkanları əldə edə bilir.

Qeyd edək ki, yaxın günlərdə “Biofire FilmArray” sistemi ilə işləyən cihazın Tədris Terapevtik Klininkanın Mərkəzi Laboratoriyasına gətirilməsi və xəstələrin müayinəsi zamanı istifadəsi nəzərdə tutulur. Hesab edirik ki, həkimlərimiz adıçəkilən sistemdən faydalanacaq, pasiyentlər əlavə israfçılığa yol vermədən daha dəqiq müayinə və müalicə olunacaqlar.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.