az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
28.02.2019
Fevralın 27-də ATU-nun Tədris Terapevtik Klinikasında həkimlər və rezidentlər üçün növbəti seminar keçirilib.

Pulmonologiya şöbəsinin müdiri, assistent Əlizamin Sadıqov “Kəskin Respirator Distpress Sindromu” (KRDS) mövzusunda məruzə ilə çıxış edib. O, problemin aktuallığını diqqətə çatdıraraq mövzunu əhatə edən ən son yeniliklər, diaqnostik yanaşmalar və müalicə prinsipləri haqda məlumat verib. Bildirib ki, KRDS xəstəlik deyil, insanların ölümünə gətirib çıxaran çox ciddi ağırlaşmadır.

Bu sindromla bağlı araşdırmaların tarixinə də qısa ekskurs edən mütəxəssis ən tez-tez rast gəlinən simptom və əlamətlərin kəskin tənəffüs pozğunluğuna keçən tənginəfəslik və hipoksemiya, əsas səbəblərin isə pnevmoniya, sepsis, aspirasiya və ağır travma olduğunu deyib.

Məruzəçi qanda oksidləşmənin səviyyəsindən asılı olaraq bu sindromun yüngül, ağır və çox ağır formalarının mövcudluğundan söhbət açıb. Çox sayda pnevmaniya xəstələrinin olduğunu xatırladaraq pnevmaniya distressini kəskin respirator distressindən ayırmağın vacibliyinə də toxunub. Eyni zamanda sindromun ağ ciyərin zədələnməsi və birbaşa olmayan zədələnmələr səbəbindən əmələ gəlməsinə aydınlıq gətirib: “Bunun ən birinci səbəbi sepsisdir. Sepsisə səbəb isə infeksion problemlərdir. O da məlumdur ki, hər sepsis bu sindiroma gətirib çıxara bilməz. Əgər sepsisdən yaranırsa, ən azı genezdə alkokolizmi aramaq lazımdır”.

Mütəxəssisin sözlərinə görə, ölüm göstəricisini azaldan yeganə terapiya aşağı tənəffüs həcmi, plato təzyiqi ilə məhdudlaşmış mexaniki ventilyasiyadır.

Fəsadlara pnevmotoraks, ventilyasiya ilə əlaqəli pnevmoniya, poliorqan çatışmazlığı və uzunmüddətli tənəffüs pozğunluğu ilə müşaiyət olunan ağciyər fibrozu daxildir.

Məruzədə adıçəkilən sindromun klinik xüsusiyyətləri ilə yanaşı, qeyri-invaziv metodlardan istifadənin üstünlükləri, vaksin ehtiyatının zəruriliyi, laborator müayinə sahəsində mövcud olan problemlər barədə fikirlər də öz əksini tapıb.
Sindromun klinik mənzərəsini əks etdirən görüntülü şəkillər və slaydlarla müşayiət olunan seminarın sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.