az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
02.04.2019
Kiçik fibroadenomanın müalicəyə ehtiyacı yoxdu

Son vaxtlar gənc xanımlar arasında süd vəzi xəstəlikləri arasında fibroadenomalar geniş yayılıb. Bəzən bu xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyindən narahat olurlar. Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir. Bu haqda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mammoloq Günel Qəmbərova məlumat verib.

-Fibroadenoma nədir? Bu xəstəliyi olan qadınlar nədən narahat olmalıdır?

-Fibroadenomalar əsasən 18-40 yaş arası rast gəlinən süd vəzi törəməsidir. Fibroadenoma sərt bir kütlədir, kistadan fərqli olaraq, hətta 1 sm olduqda belə, əl ilə rahatlıqla aşkarlana bilər. Fibroadenoma çox zaman xərçəngə çevrilmir. Ancaq getdikcə böyüyə bilər, sayı arta bilər.
bəlli bir müddətdən sonra mütləq fibroadenomanın tərkibinin analizi aparılmalıdır. Çünki bu kütlənin həcmi dəyişə bilər. Bu da insanı çaşdıra bilər. Fibroadenomalar hamiləlikdə, süd vermə dövründə böyüyə bilər, zahılıq dönəmində isə hətta kiçilə bilər. Bu düyünlər estrogen hormonunun təsiri fonunda böyüyür, ona görə də hamiləlikdə kütlələr daha giqant ölçüyə, menopauza dönəmində isə ölçüləri kiçilir.

Fibroadenomalar əldə hərəkətli, kənarı sərt, dəqiq bir kütlə kimi hiss olunur. Radioloji olaraq diaqnoz USM və Mammoqrafiya ilə qoyulur, ancaq mütləq şəkildə sitoloji verifikasiya tələb edir.

-Bəs fibroaenomalara nə zaman müalicə lazımdır?

-Əgər fibroadenoma agrı vermirsə, ölçüsü kiçikdirsə, kontrol müayinələrdə ölçü böyümürsə, biopsiya ilə diaqnozu dəqiqləşibsə, onda müalicə tələb olunmur. Belə olduğu halda, yalnız və yalnız kontrol USM və Mammoqrafiya tələb olunur.

Əgər ölçü böyükdürsə və ağrı verirsə, biopsiyada şübhəli bir durum aşkarlanırsa, cərrahi müalicə tələb olunur. Qeyd edim ki, fibroadenoma ancaq və ancaq cərrahi müalicə ilə aradan götülür, onun konservativ müalicəsi yoxdur. Əməliyyat növü mammoonkoloq-cərrah tərəfindən seçilir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.