Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/clinica/public_html/conf.php on line 11

Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/clinica/public_html/php_injections.php on line 90

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası
az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
19.04.2019
ATU-da professor Əhməd Abasquliyevin yubileyinə həsr edilmiş tədbir keçirilib

Bu gün ATU-nun Tədris Terapevtik Klinikasında Əməkdar elm xadimi, professor Əhməd Əlibaba oğlu Abasquliyevin anadan olmasının 100 illik yubileyinə  həsr olunmuş konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Psixiatriya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək Əhməd Abasquliyevin psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alim olduğunu deyib. Onun psixiatriya elminə verdiyi töhfələrdən danışan rektor G.Gəraybəyli görkəmli alim haqqında xatirələrini də bölüşüb. Rektor yüksək insani keyfiyyətlərə malik Ə.Abasquliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını və onun psixiatriya elminin inkişafı naminə gördüyü işlərin unudulmayacağını bildirib.

“Rəsmi çıxış etmədən, qəlbimdə və yaddaşımda olan Əhməd Abasquliyevdən danışmaq istəyərdim. 27 il öncə psixiatriya kafedrasına baş laborant vəzifəsinə gəldikdə, burada sanki ikinci ailəmi tapdım. Kafedranın ağsaqqalı Əhməd Abasqulyev sayəsində kollektiv arasında çox səmimi və mehriban mühit formalaşmışdı. Alim, böyük pedaqoq və həkim olan Əhməd Abasquliyev çox dərin mədəniyyətə xas insan idi”.

Sonra Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru Nadir İsmayılovProfessor Əhməd Abasquliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə Professor Ə.Ə.Abasquliyev haqqında fotosesiyaya nümayiş olunub. 

Respublikanın baş psixiatrı Professor Teymur Qafarov, Tibb elmləri doktoru, professor Nadir Əliyev, Tibb elmi üzrə fəlsəfə doktoru, əməkdar həkimi Mayıl Tağıyev, da mərhum haqqında fikirlərini bölüşüblər. Sonda Ə.Ə.Abasquliyevin nəvəsi Zaur Əhmədzadə çıxış edərək göstərilən diqqətə görə universitet rəhbərliyinə, tədbir təşkilatçıları və iştirakçılarına təşəkkür etdi. 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.