az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
30.04.2019
ATU-da mürəkkəb ürək əməliyyatı uğurla nəticələnib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Ürək mərkəzində "Mən artıq ürək qüsurlu deyiləm" şüarı altında əməliyyatlar icra olunur. Uşaq kardioloqu Elnur İmanov tərəfindən keçirilən bu əməliyyat uğurla nəticələnib.

Doktor Elnur İmanovun sözlərinə görə, əməliyyat zamanı 5 yaşlı oğlan uşağında anadangəlmə ürək qüsuru-qulaqcıqlararası çəpər defekti invaziv yolla bağlanıb: «Lakin qulaqcıqlararası çəpərdə anterior rimin yoxluğu səbəbindən əməliyyatın gedişi çətinləşdi. Buna baxmayaraq, çətinliklə də olsa əməliyyat uğurla başa çatdı”.

Kardioloq E.İmanov qeyd edir ki, anadangəlmə ürək qüsurları dedikdə qapaqlarda, ürəyin divarında və ya damarlarda rast gələn anomaliyalar nəzərdə tutulur.Funksional baxımdan qüsurlar zamanı qan ya patoloji istiqəmətdə axır (məsələn, sağdan sola və ya soldan sağa), ya da normal istiqamətdə axını pozur. Qüsurlar sianotik və qeyri-sianotik qruplara bölünür.

Anadangəlmə qüsurların təxminən ¼-i ilk bir il ərzində müalicə tələb etdiyi kritik qüsurlar adlandırılır. Sianotik, açıq arterial axacaq və aorta daralmaları kritik qüsurlara aiddir - hipoplastik sol ürək, fallot tetradası, trunkus arteriosus, total pulmonar venoz dönüşüm anomaliyası, trikuspid atreziya, böyük damarların transpozisiyası, açıq arterial axacaq - Botal axacağı, Ebştein anomaliyası, aorta koarktasiyası, tək mədəcik. Klinik olaraq sianoz, ürəkdə küy, ürək çatışmazlığı, ürəkgetmə və s. əlamətlərlə özünü göstərir.

Exokardioqrafiya əksər qüsurların diaqnozunu dəqiqləşdirməyə imkan verir. Müalicə üçün endovaskulyar kateter və cərrahi korreksiya, bəzən də ürək transplantasiyası lazım gəlir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.