az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
10.05.2018
II Müalicə-profilaktika fakültə TEC-in elmi konfransı olub

Mayın 7-də Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi konfransı keçirilib. İki gün davam edən konfransı giriş sözü ilə fakültənin dekanı, dosent İsrail Məhərrəmbəyli açıb. İ.Məhərrəmbəyli ənənəvi olaraq II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin  konfransının  keçirildiyini bildirib: “ Biz hər il may ayında biz TEC-in konfransını keçiririk. Tələbələrimiz bu dönəmdə istər nəzəri, istərsə də kliniki kafedralarda uzun müddət tədqiqat işləri aparıblar. Tələbələr apardıqalrı tədqiqat işlərini bu gün qarşınızda nümayiş etdirəcək, bir növ gördükləri işin hesabatını verəcəklər”. Sonra  sözü Universitetin Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərova verib. R.Bəylərov çıxışında keçirilən konfransı “elmin festivalı, TEC-in bayramı” adlandırıb.

Qeyd edib ki, hər bir gənc bir il ərzində böyük elmi işin araşdırması ilə məşğul olub, xeyli zəhmət sərf ediblər. Tibb Universitetinin hər bir müəllim, dosent, professor, akademik dərəcəsinə çatanların hamısı bu mərhələni keçiblər: “Hər bir tələbə gələcəyin alimidir. Ona görə də hər biri tədris dövründə özünü sınamalıdır. Hesab edirəm ki, tələbələrin etdiyi hər bir çıxış konfrans iştirakçılarında böyük elmi maraq oyadacaq”-deyən prorektor onlara uğurlar arzulayıb.

Sonra ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova çıxış edib. Tələbələrə uğurlar arzulayaraq, onlardan ümidverici çox şeylər gözlədiyini bildirib. Tələbələrin hərtərəfli yetişməyində bu cür elmi işlərin aparılmasının vacibliyini qeyd edib. II Müalicə-profilaktika fakültəsində elmi araşdırmalar ilə bağlı işlərin qanedici olduğunu vurğulayıb.Məruzəçilərdən TEC-in sədri, dosent Müşfiq Həsənov, II Müalicə-profilaktika fakültə TEC-in rəhbəri, dosent Aqil Əliyev və II Müalicə-profilaktika fakültə TEC-in sədri Fidan Bəylərova da çıxışlarında tələləbələrə uğurlar arzulayıb və bir sıra lazımi tövsiylərini veriblər.

Sonra elmi araşdırmalarla bağlı tələbələrin çıxışları olub. Təbriz Cavadov “Sidik axarlarının birincili şişləri diaqnostikası və müalicəsi”, Fatimə Mahmudova “Qida borusu xərçənginin erkən aşkarlanmasında KT, MRT və PET-in kompleks rolu”, Suqra İsmayılova “İstimko-servikal çatışmazlıq hamiləliklərin səbəblərindən biri kimi”, Aytən Abbaszadə,  Ləman Hüseynli “Süd vəzi giləsindən qanlı ifrazatlar zamanı mammoqrafiya və duqtoqrafiyanın birgə rolu”, Fidan Əsədli, Aydan Həsənli “Diffuz peritonitli xəstələrdə qarın boşluğunun ozonlaşdırılmış hipoxlorid natrium məhlulu ilə stansiyanın effektivliyi”, Afina Süleymanova “Hidatit sistlərin müalicəsində təcrübəmiz”, Məleykə Qurbanova və Rufina Hacıyeva “ДЕХА и УЗИ денситометрия”,  Vüqar Bədrzadə, Sənan Camalov “Xroniki babasilin cərrahi müalicəsində ligasure istifadəsinin üstünlükləri”, Səlmi İsmayılova “Erkən və gec düşük təhlükəsi, səbəbləri və müalicə prinsipləri”, Nəzrin Hüseynzadə, Nigar Muradova “Qalxanabənzər vəzin törəmələrinin ultrasəs elastoqrafiya müayinəsi”, Nərgiz Şirinova “”Близкородственные браки и наследственные заболевание в практике семейного врача в Азербайджане”, Cəmilə Qafarova “Tibb Universitetində gənclər arasında aqressiyanın özünü təzahür forması”, Arzu Həsənli “Ailə həkiminin iş təcrübəsində gənclərin reproduktiv sağlamlığı”, Fidan Musayeva “FGF-21-in tip 2 şəkərli diabetin nefropatiya ilə ağırlaşmasında proqnostik əhəmiyyəti”, Hüseyn Kosayev, Nərmin Mirzəli “Ailə həkiminin iş təcrübəsində”, Nərmin Tağıyeva “Hamiləliyin qadın psixikasına təsiri”, Sara Əhmədova “Uşaqlarda qeyri-spesifik mezadenitlər, diaqnostika və differensial diaqnostikası”, Lamiyə Əliyeva “Hərbi çağırışçılarda pozulmuş interpersonal əlaqələr: xarakter ya diaqnoz?”, Nərgiz Hüseynzadə “Tip 1 diabetdən qurtulmaq mümkün olacaqmı?”, Məhsəti Kazımlı “Ürək-damar sistemi xəstəliyi olan insanlarda depressiv pozuntular”, Fidan Cəfərli “Fallo tedredasının diaqnostikasının mürəkkəbliyi”, Səbinə Hacıyeva “Uşaqlarda düyünlü eritemanın inkişafında trigger amillər”, Habil Quliyev “Tələbələrdə EEQ vasitəsilə görmə yaddaşının təyini”, Zeynəb Tofiq, Şəkər Adil “Şəkərli diabet zamanı lipid mübadiləsinin pozulmasına Azərbaycan florasından olan ikievli gicitkən dəmləməsinin təsiri”, Azad Kərimli “Kəskin miokard infarktından sonra hüceyrəvi elementlərin damar mənfəzindən toxumalara emiqrasiya xüsusiyyətləri”, Şəlalə Musayeva, Tural Rəhmanlı “Diabetik neyropatiyaların inkişafında oksidləşdirici stresin rolu”, Gülnarə Allahverdiyeva, Şövkət Qasımova, Nurəli Qasımlı “Bədən kütlə indeksi (BİK) yüksək olan şəxslərdə insulinə qarşı rezisdentliyin öyrənilməsi“, Sonaxanım Şirinova, Ramazan Rzazadə, Gülnar Cəfərova, Təhminə Əliyeva  “Eksperimental şəkərli diabet zamanı modelləşdirilmiş diabetik nefropatiyaların patogenezində lipid mübadiləsinin pozulmasının rolu”, Murad Əkbərli “Patologiyaların molekulyar səviyyədə tədqiqində toxumaların təcili dondurucu cihazının rolu”, Telman Rəşidov, Xəzanə Əzimzadə, Leyla Əliyeva, Kəmalə Əsədova  “Eksperimental şəkərli diabet zamanı limfanın damardaxili laxtalanmasının diabetik nefropatiyaların inkişafında rolu və onun korreksiyası”, Səma Quluzadə, Səbinə Məmmədova  “Müxtəlif dərəcədə yüksək bal toplamış eyni kurs tələbələri arasında İQ əmsalının müqayisəli təhlili, Leyla Ağayeva, Aytac Vəlizadə, Sevda Zeynallı “Şəkərli diabet zamanı qan və limfanın damardaxili laxtalanmasının toxumaların limfadrenajının pozulmasında rolu”, Natəvan Rəcəbova, Əsmər Əskərzadə “Tədris prosesində istifadə olunan illüstrasiyaların rəng çalarlarının beyin qabığı fəaliyyətinə təsiri”, Aynur Əzimova, Fidan Mustafazadə, Əsman Məmmədova “Diabetik kardiovaskulyar ağırlaşmaların patogenizində qanın və limfanın damardaxili laxtalanmasının pozulmasının rolu”, Heydər Məmmədov, Coşğun Adilov “Uzunmüddətli alkoqol qəbulu nəticəsində qaraciyər sınaqlarında baş vermiş dəyişikliklərin öyrənilməsi”, Şəhribanu Hüseynzadə, Ebru Məmmədova “Süd vəzinin bədxassəli törəmələrinin diaqnostikasına müasir yanaşma”, Qabibova Sevil, Hüseyn Nəbiyev  “Роль апоптозово гена BCL-2 в онкогенезе”, Fərhan Namazov, Mirxəzər İsmayılov “Təbabətdə yeni eragen mühəndisliyi”, Rəhilə Hacıyeva “İkibuynuzlu uşaqlığın radioloji diaqnostikası”, Aysel İsmayıllı, Azər Şahvələdov “”Музыкотерапия и речевая мотивация как средства снижения психоемоцонального состояния у студентов”, Aydan Əliyeva, Hilal Yılmaz  “Qaraciyər xəstəliklərinin şüa-diaqnostik müayinəsi”, Aytac Kərimova “Dendirmerlər və onların tibbdə, biologiyada rolu”, Gülarə Qurbanəliyeva, Sürayə Yusifli  “İnsidental aşkarlanmış ağciyər törəməsi”, Əbdülqadir Əkbərzadə “Lifli optikanın orqanizmə endoskopik müdaxilədə tətbiqi” mövzusunda məruzələri dinlənilib. İki gün davam edən konfrans sual cavabla  işini yekunlaşdırıb. Sonda qaliblərə serifikatlar verilib.

Cərrahi ixtisaslar üzrə I yerə Afina Süleymanova, II Yerə Aytən Abbasova, Ləman Hüseynli, III yerə Təbriz  Cavadov, terapevtik ixtisasları üzrə I yerə Səbinə Hacıyeva, II yerə Lamiyə Əliyeva, III yerə Hüseyn Kosayev, Nərmin Mirzəli, Sara Əhmədova layiq görülüblər.  

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.