az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
18.05.2019
“İmmunpatoloji xəstəliklər”ə dair Azərbaycanda I beynəlxalq elmi-praktik konfrans keçirilir.

Bu gün ATU-nun Tədris Terapevtik Klinikasında “İmmunpatoloji xəstəliklər”ə dair Azərbaycanda I beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Dünya Birincili İmmun Çatışmazlığı Həftəsi çərçivəsində keçirilən konfransda açılış nitqi ilə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bildirib ki, bu problem bütün dünyada özünü qabarıq şəkildə göstərdiyi üçün diqqət mərkəzindədir.

İmmun sisteminin insan orqanizmində əvəzsiz rolundan danışan dosent Rauf Bəylərov immun sisteminin bütün orqan sistemi ilə sıx əlaqədə olduğunu söyləyib. Ona görə də dinləniləcək məruzələrin tibb sahəsində çalışan hər kəs üçün maraqlı olacağını diqqətə çatdıran prorektor qeyd edib ki, yerli mütəxəssislərlə yanaşı xaricdən gələn tanınmış mütəxəssislərin iştirakı konfransın əhəmiyyətini daha da artırır.

Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Cəmiyyətinin prezidenti, professor Amaliya Əyyubova bu sahənin inkişaf yolundan söhbət açıb. O, Azərbaycanda immunologiyanın nəzəri cəhətdən kifayət qədər yaxşı öyrənildiyini bildirərək son vaxtlar praktiki fəaliyyətdə də xeyli uğurlar qazanıldığını, mövcud problemlərin həlli istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb.

“Yaşamaq şansı” adlanan sənədli filmin nümayişindən sonra professor Gülnarə Nəsrullayeva (Azərbaycan) “İmmundefisitlərin aşkarlanmasında müasir diaqnostik metodlar və müalicə taktikası”, professor Lalə Allahverdiyeva (Azərbaycan) “Respirator allergiyası olan xəstələrdə spesifik immunoterapiyanın müxtəlif üsullarının müqayisəli effektivliyi”, professor Nima Rezaei (İran) “Birincili immundefisitli xəstələrə yanaşma taktikası” və dosent Aynur Ağayeva (Azərbaycan) “Xroniki övrə: səbəbləri, formaları, diaqnostika və müalicə prinsipləri” mövzusunda məruzələrlə çıxış ediblər. Xatırladaq ki, konfrans öz işini sabah Landmark Biznes Mərkəzində davam etdirəcək.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.