az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
24.05.2019
Tədris Terapevtik Klinikasında vərəm xəstəliyi ilə bağlı konfrans keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında “Vərəm xəstəliklərinin diaqnozu və müalicəsindəki yeniliklər” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Türkiyənin Acıbadem Universitetinin professoru, doktor Tanıl Kocagöz dünya əhalisinin 1/3-nin vərəm daşıyıcısı olduğunu, yəni vərəmin dünyadakı insanların 2 milyarddan çoxunu əhatə etdiyini deyib. Onun sözlərinə görə, hər gün 3 milyondan artıq insan vərəmə yoluxur ki, bunlardan da gündə 8 mini dünyasını dəyişir. Vərəmin ilkin əlamətləri və yaranması yollarından bəhs edən doktor T. Kocagöz bildirib ki, ən çox hava yolu ilə insandan-insana keçən bu xəstəlik nə qədər tez aşkarlanarsa, o qədər də asan müalicə oluna bilər. O deyib ki, halsızlıq, yorğunluq, uzun sürən atəş və öskürək, gecə tərləməsi, iki həftəlik bəlğəmin gəlməsi və qana çevrilməsi kimi əlamətləri özündə əks etdirən bu xəstəliyin müalicəsi 4 aydan 6 aya qədər davam etdirilir.

T.Kocagöz çıxışında əsasən son metodlara istinad edərək xəstəliyin diaqnostikası və müalicəsinin daha səmərəli aparılması yollarından danışıb. Məruzəçi bu sahə üzrə Türkiyədə və dünyanın inkişaf edən ölkələrində tətbiq olunan ən yeni dərman vasitələrinin təsiri və eləcə də bu preparatların istifadə qaydaları barədə ətraflı məlumat verib.

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun laborator bölmə üzrə elmi rəhbəri, doktor Rafiq Abuzərov “Azərbaycan Vərəm Laboratoriyasının quruluşu və gördüyü işlər” barədə geniş məruzə ilə çıxış edib. Respublikamızda bu sahə üzrə fəaliyyət göstərən laborator şəbəkə haqqında tədbir iştirakçılarını məlumatlandıran R. Abuzərov milli istinad, regional və mikroskopiya laboratoriyalarının iş prinsipləri və onlarda aparılan elmi-tədqiqat işlərinin nəticələrindən söhbət açıb. O, bildirib ki, vərəmə xas əlamətləri olan xəstələrin diaqnostikası və monitorinqinin aparılması, bəlğəm nümunələrinin saxlanma temperatoru və müddəti, həmçinin daşınma metodunun düzgün qrafik üzrə təyin olunması bu laboratoriyanın əsas işidir.

Bundan başqa Türkiyəli mütəxəssis İskender Karaltının “Türkiyə və dünya vərəm ilə xəstələnmə tezliyi” adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Diskussiya şəklində başa çatan konfransda mütəxəssisləri düşündürən suallar da məruzəçilər tərəfindən cavablandırılıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.