az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
30.04.2020
Tədris Terapevtik Klinikasında təşkil edilən təlimlərin yekunlarına dair toplantı keçirilib

Bu gün ATU Tədris Terapevtik Klinikasında Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi və Azərbaycan ofisinin rəhbəri Dr. Hande Harmancının başçılığı ilə klinikada təşkil edilən təlimlərin yekunlarına dair toplantı keçirilib.

Tədris Terapevtik Klinikasının direktoru ə.e.x, professor Surxay Musayev koronovirusla mübarizə istiqamətində ölkədə, eləcə də ATU-da, o cümlədən klinikada görülən işlərdən danışıb.

Türkiyədən ölkəmizə gətirilmiş həkimlərin nümayəndə heyətinin rəhbəri Hamza Zeytinoğlu, qrupun rəhbəri Nasiman Əlili, klinikaya təhkim olunmuş qrupun rəhbəri Turanə Rəsulova, həkimlər Ramin Verdixanov, Ləman Yaqubova və Zərifə Açıqgöz slaydlar vasitəsilə gördükləri işlər barədə məlumat veriblər.

Daha sonra çıxış edən ÜST nümayəndəsi və Azərbaycan ofisinin rəhbəri Hande Harmancı Tədris Terapevtik Klinikasında görülən işləri yüksək qiymətləndirib. Bununla yanaşı o, klinikanın gördüyü qabaqlayıcı tədbirlərin çox düzgün aparıldığını diqqətə çatdırıb.

Toplantıda həmçinin həkimlərlə fikir mübadiləsi aparılıb.

Klinikanın həkimləri də öz növbəsində minnətdarlıqlarını bildiriblər. Gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi və klinikanın normal iş şəraiti zamanı da bu əlaqələrdən, təlimlərdən yararlanmalarına dair birgə fikrə gəlinib. Toplantının sonunda klinikanın direktoru bir daha Heydər Əliyev Fonduna, ÜST Azərbaycan nümayəndəliyinə, TƏBİB-ə, Türkiyədən gəlmiş həkimlərə minnətdarlıq edərək, gələcəkdə də səmərəli əməkdaşlığa ümid etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi və TƏBİB-in təşkilatçılığı ilə Türkiyədən koronovirusla mübarizədə yerli xəstəxanalara yardım etmək məqsədilə 19 həkim ölkəyə gətirilib. Bunlardan 4 həkim ATU Tədris Terapevtik Klinikasına təhkim olunub.

İlk gündən ATU TTK-da infeksiyaya qarşı mübarizə tədbirlərinin yaxşılaşdırılması, gücləndirilməsi, Təcili Tibbi Yardımın təkmilləşdirilməsi, həkimlərlə, rezidentlərlə infeksiya-kontrol işlərinin aparılması istiqamətində 14 gün ərzində müəyyən təlimlər keçrilir. ATU TTK-da 11 nəfərdən ibarət İnfeksiya Nəzarət Komitəsinin yaradılması yüksək qiymətləndirilib. Həmçinin klinikanın həkimləri ilə birgə müxtəlif təlimlər təşkil edilib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.