az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
18.06.2020
TƏBİB-in İdarə Heyətinin sədri ATU Tədris Terapevtik Klinikasında olub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ATU Tədris Terapevtik Klinikasında olub. Ramin Bayramlı Klinikada koronavirusdan müalicə alan xəstələr üçün yaradılmış şəraitlə tanış olub. O cümlədən, pandemiya ilə mübarizədə aktiv iştirak edən ATU Tədris Terapevtik Klinikasının problemləri ilə maraqlanıb. Ramin Bayramlı həmçinin klinikanın laboratoriyalarında olub, buradakı vəziyyətlə tanış olub, çatışmazlıqlarla maraqlanıb. 

ATU Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev R.Bayramlını mövcud durum, xəstələrin müalicəsinin təşkili, həkimlər və tibb personalının vəziyyəti, üzləşdikləri çətinliklər haqqında məlumatlandırıb. Bildirib ki, klinikanın rəhbərliyi və əməkdaşları ölkəmizdə koronavirusla mübarizə sahəsində dövlət səviyyəsində aparılan işlərə dəstək verir, bu savaşda qalib çıxmaq, xəstələrin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.

Ümumilikdə ATU Tədris Terapevtik Klinikasının COVID-19 pandemiyası ilə mübarizədə klinikanın gördüyü işləri müsbət qiymətləndirilib.

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.